Bu gün Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirib. Komandamız Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açıb. Arcınca Novruz Kazıxanov Ülvi Əliyevin qapıya paralel ötürməsini tora qovuşdurub. Amma fasiləyə qədər Gürcüstan yığması daha bir qol vurdu. İkinci hissədə rəqib fərqi iki topa çatdırsa da, 32-ci dəqiqədə Əmirin yaratdığı epizodu Xəzər qolla tamamladı. Bu komandalar arasında növbəti oyun 2 gün sonra – aprelin 16-da, saat 19:00-da Tbilisi İdman Sarayında keçiriləcək.
Gürcüstan – Azərbaycan (2:1) 3:2
Beynəlxalq yoldaşlıq oyunu.
14 aprel. Tbilisi İdman Sarayı. Saat 19:00
Hakimlər: Zviad Bliadze, Qrigol Bliadze, Qoça Taruashvili
Qollar: Saba Tkeşelaşvili, 1:10, Giorgi Ghavtadze, 8:22, 29:12 // Novruz Kazıxanov, 2:07, Xəzər Ağalızadə, 31:13
Sarı vərəqələr: İrakli Todua, 14:27, Giorgi Ghavtadze, 36:15 // Novruz Kazıxanov, 36:57
Gürcüstan
1. Zviadi Kupatatze (q, k), 10. Ronald Mateus Da Silva, 5. Giorgi Ghavtadze, 9. İrakli Todua, 4. Giorgi Çimakadze, 12. Beka Tkemaladze (q), 13. Nikoloz Phakadze (q), 77. Jano Kravatsxelia, 8. Vaxtanq Kekeliya, 11. Vaxtanqi Jvaraşveli, 7. Şota Topuria, 17. Arçil Sebiskveradze, 18. Saba Tkeşelaşvili, 3. Beka Bekauri, 20. Otar Bereçikidze, 6. Janiko Georgia
Baş məşqçi: Avtandil Asatiani
Azərbaycan
12. Rövşən Hüseynli (q), 4. Ülvi Əliyev, 7. Xəzər Ağalızadə, 8. Novruz Kazıxanov, 9. Fərid Atakişiyev, 1. Emin Kürdov (q, k), 5. İlham Alıyev, 6. Emil Həsənzadə, 10. Oktay Rüstəmli, 11. Amir Şojaei, 14. Kənan Manafov, 16. Nihat İsmayılov, 17. Murad Quluzadə, 20. Tofiq Mikayılov
Baş məşqçi: Vitali Borisov