...

Eyni rəqiblə ikinci oyun


Bu gün Azərbaycan millisi növbəti yoldaşlıq oyunu keçirib. Komandamız Tbilisi İdman Sarayında Gürcüstan millisi ilə qarşılaşıb. İki gün əvvəl keçirilmiş oyunla müqayisədə Vitali Borisov bu dəfə “5-lik”də dəyişiklik etmişdi. “Çərçivə”də Emin Kürdov dayanırdısa, Amir, Kənan və Murad ilk saniyələrdən mübarizə aparırdı. Rəqib də fərqli heyətlə başladı. Fasiləyə qədər komandaların cəhdləri nəticəsiz qaldı. İkinci hissədə təzyiqi artıran meydan sahibləri 23-cü dəqiqədə status-kvonu pozdular. Qoldan sonra Kənan Manafov azı 2 real epizodu əldən verən Kənan Manafov nəhayət 29-cu dəqiqədə rəqib torunu silkələdi. Bu Manafovun əsas millidə ilk qolu oldu. Növbəti qol 37-ci dəqiqədə vuruldu. Yenə meydan sahibi komanda fərqləndi.

Gürcüstan – Azərbaycan  (0:0) 2:1

Beynəlxalq yoldaşlıq oyunu.

16 aprel. Tbilisi İdman Sarayı. Saat 19:00

Hakimlər: Zviad Bliadze, Qoça Taruashvili, Koba Revarişvili

Qollar: Giorgi Ghavtadze, 22:29, İrakli Todua, 36:46 // Kənan Manafov, 28:57

Sarı vərəqələr: Giorgi Çimakadze, 38:56 // Amir Şojaei, 38:56

Gürcüstan

1. Zviadi Kupatatze (q, k), 5. Giorgi Ghavtadze, 7. Şota Topuria, 8. Vaxtanq Kekeliya, 11. Vaxtanqi Jvaraşveli, 12. Beka Tkemaladze (q), 13. Nikoloz Phakadze (q), 3. Beka Bekauri, 4. Giorgi Çimakadze, 6. Janiko Georgia, 9. İrakli Todua, 10. Ronald Mateus Da Silva, 17. Arçil Sebiskveradze, 18. Saba Tkeşelaşvili, 20. Otar Bereçikidze, 77. Jano Kravatsxelia

Baş məşqçi: Avtandil Asatiani 

 

Azərbaycan

1. Emin Kürdov (q, k), 7. Xəzər Ağalızadə, 11. Amir Şojaei, 14. Kənan Manafov, 17. Murad Quluzadə, 12. Rövşən Hüseynli (q), 4. Ülvi Əliyev, 5. İlham Alıyev, 6. Emil Həsənzadə, 8. Novruz Kazıxanov, 9. Fərid Atakişiyev, 10. Oktay Rüstəmli, 20. Tofiq Mikayılov

Baş məşqçi: Vitali Borisov