Azərbaycan millisi bu gün yoldaşlıq oyunu çərçivəsində Gürcüstan yığması ilə növbəti matçını keçirdi. Eyni rəqiblə ikinci duel də meydan sahibi komandanın qələbəsi ilə başa çatdı. Görüşdən sonra baş məşqçi Vitali Borisov azfutzal.az-a açıqlama verib:
“Bu gün komanda olaraq daha yaxşı oynadıq. Rəqibə daha az real qol şansı verdik. Əksinə, birinci oyunla müqayisədə fərqlənmək üçün bu dəfə daha çox epizodumuz oldu. Narazı qaldığım məqam odur ki, yenə qolları standart vəziyyətlərin icrasından sonra buraxdıq. Bunun üzərində çox işləməli, daha çox oyun keçirməliyik. Oyunun gedişində U-19-dan dəvət etdiyimiz İlham Alıyevə də debüt etmək şansı yaratdıq. Onun da ümidləri doğrultduğunu, komandamıza kömək etdiyini deyə bilərəm. Görüləsi işlər çoxdur və zaman lazımdır”.