...

“Bakı” Birinci Liqanın qalibi oldu


Birinci Liqada XXII turun oyunları keçirilib. Mövsümün son turunun matçları həm də qalibin və digər medalçıların adlarına aydınlıq gətirəcəkdi. Ötən həftə turnir cədvəlinin zirvəsinə yüksələn “Bakı” son dueldən də böyükhesablı qələbə ilə ayrılmaqla qızıl medallara sahib çıxıb. PFL və “Baku Fire-2” müvafiq olaraq gümüş və bürünc medalları qazanıb. Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə “Xan-Lənkəran” – PFL matçın hakim-inspektoru Azad Hüseynov və hakimləri – Əli Cəbrayılov, Ceyhun Hüseynov və Hidayət Feyzullayevə diplomlar təqdim olunub. PFL-dən Nicat Qafarlı ən yaxşı oyunçu, “Bakı”dan Elmar Qasımov ən yaxşı qapıçı, Tahir Məcidov (Baku Fire-2) ən yaxşı baş məşqçi seçilib. 62 qol vuran Emin Cəbrayılov (“Şuşa”) yarışın ən məhsuldar oyunçusu olub. Federasiyanın əməkdaşları Xosrov Məmmədov və Həsən Əliyev tərəfindən “Baku Fire-2”yə bürünc, PFL-ə gümüş, “Bakı”ya qızıl medallar və çempionluq kuboku təqdim edilib.

STAR kargo – Şuşa 8:2

Dalğa – Ulduz 6:5

Metropoliten – Dəstə Ordubad 4:13

Bakı – Trabzon Azərbaycan 5:0

Baku Fire-2 – Timsport 5:2

Xan-Lənkəran – PFL  0:7