Bu gün Azərbaycan millisi növbəti yoldaşlıq oyununa çıxıb. Zlin şəhərində baş tutan Çexiya ilə ikinci duelə baş məşqçi fərqli heyətlə başladı. Qapını bu dəfə Kamran Hacıyev qoruyurdu. Ötən oyunda debüt edən Fərid Abbasov isə bu dəfə “ilk dördlük”də meydana çıxdı. Dünənki matçda komandamızın ən yaxşısı seçilən Ülvi Əliyev 26-cı saniyədə rəqib qapıçının səhvindən maksimum yararlandı və hesabı açdı. Düzdür, rəqib ardıcıl 2 qol vurmaqla hesabı lehinə dəyişsə də, Əliyev 6-cı dəqiqədə rəqib qapıçının çərçivəni “itirməsi”ndən məharətlə istifadə edib uzaq məsafədən rəqib torunu növbəti dəfə silkələdi. Birinci hissə bu hesabla yekunlaşdı. İkinci hissədə qapının təhlükəsizliyi Vladik Reznova tapşırıldı. Yeri gəlmişkən, qolkiper millidə ilk oyununa çıxmışdı. Fasilədən sonra daha fəal olan meydan sahibləri hesabı xeyrinə dəyişməklə bərabər üstünlüyünü də artırmış oldu. Qeyd edək ki, bu komandalar arasında 1 gün əvvəl keçirilən görüşdə meydan sahibi komanda 3:0 hesablı qələbə qazanmışdı.
Çexiya – Azərbaycan (2:2) 6:2
Beynəlxalq yoldaşlıq oyunu
20 sentyabr. Zlin. Saat 21:00
Hakimlər: Radim Çep, Lukaş Jurça, Luboş Rygl
Qollar: David Drozd, 1:16, 27:30, 21:17, Tomaş Kuçta, 2:07, Pavel Drozd, 20:45, Radim Zaruba, 23:17 // Ülvi Əliyev, 0:26, 5:36
Sarı vərəqələr: Tofiq Mikayılov, 10:27, Fərid Abbasov, 21:49, Emil Həsənzadə, 36:26
Çexiya
12. Adam Vondraçek (q), 5. Pavel Drozd, 6. Tomaş Kuçta, 9. Tomaş Koudelka, 11. David Drozd, 1. Miçal Hula (q), 2. Duşan Kunstner, 3. Matej Maur, 4. Radim Zaruba, 8. Filip Havrda, 10. Miçal Seidler (k), 13. Miçal Holy, 14. Dominik Balog, 18. Adam Knobloç
Baş məşqçi: Marek Kopeçki
Azərbaycan
12. Kamran Hacıyev (q), 7. Xəzər Ağalızadə, 8. Murad Quluzadə, 10. Fərid Abbasov, 14. Ülvi Əliyev, 1. Emin Kürdov (q, k), 19. Vladislav Reznov (q), 2. İlham Alıyev, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 17. Oktay Rüstəmli, 20. Tofiq Mikayılov
Baş məşqçi: Vitali Borisov