...

Rəqibin heyəti açıqlanıb


Noyabrın 4-də və 5-də millimizlə yoldaşlıq oyunları keçirəcək Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb. Baş məşqçi Qoran Melher 18 futzalçını toplanışa dəvət edib. Komanda noyabrın 2-də oyunların keçiriləcəyi Zenica şəhərində toplaşacaq. Rəqib komandanın heyətini diqqətinizə çatdırırıq:

Darko Milanoviç (Bubamara), Dejan Pavloviç (Brod), Sejad İbrişimoviç (Bubamara), Davor Arnautoviç (Mostar), Adnan Kalajdiç (Mostar), Dragan Edi Mariç (Mostar), Srdan İvankoviç (Torpedo, Rusiya), Marijo Aladziç (Mostar), Josip Sesar (Vrgoraç, Xorvatiya), Bilal Jeliç (Mostar), Josip Başkoviç (Vrgoraç, Xorvatiya), Amer Deliç (Sloga Qornji Vakuf/Uskoplje), Amir Baruçij (Mostar), Samir Qosto (Bubamara), Edvin Bosniç (Bubamara), Senad Poraçanin (Vrgoraç, Xorvatiya), Muanis Duvnjak (Sarayevo), Faruk Brkaniç (Sarayevo).

Qeyd edək ki, səfərə komandamız noyabrın 3-də çıxacaq.