...

Eyni rəqiblə ikinci oyun


Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə ikinci oyununu keçirib. Dünənki matçla müqayisədə baş məşqçi Vitali Borisov bu dəfə qapıda Kamran Hacıyevə şans verib. Rəqibin heyətində də qapıçı dəyişikliyi olub. Ondan başqa, Melher bu dəfə daha 3 futzalçını yoxlamaq məqsədi ilə matçın protokoluna daxil edib. Oyun yenə komandamız üçün yaxşı başlamadı. Bir gün əvvəlki oyunla müqayisədə bu dəfə daha hərəkətli görünüən futzalçılarımız topu 7-ci dəqiqədə qapısından çıxardı. Təzyiqi artıran meydan sahibləri fasiləyə qədər daha 2 qol vurdu. Futzalçılarımızın da fərqlənmək imkanları oldu, amma qeyri-dəqiqlik şanslardan maksimum istifadə etməyə imkan vermədi. İkinci hissədə ilk qolu komandamız vurdu. Seymur Məmmədov pressinq edərək topu Tofiq Mikayılova qazandırdı. O da öz növbəsində Oktayı gördü. Rüstəmli isə topu tora qovuşdurdu. Amma 4 dəqiqə sonra rəqib fərqi yenidən 3 topa çatdırdı. Brkaniçin dublu isə yekun hesabı müəyyənləşdirdi.

 

Bosniya və Herseqovina – Azərbaycan  (3:0) 5:1

Beynəlxalq yoldaşlıq oyunu

5 noyabr 2024. Zeniça. Huseyn Smayloviç adına Arena. Saat 22:00

Hakimlər: Nikola Tadiç, Farik Keço, Vedran Marçinko

Qollar: Faruk Brkaniç, 6:14, 34:04, Bilal Jeliç, 10:35, 12:04, Josip Başkoviç, 28:43 // Oktay Rüstəmli, 24:26

Sarı vərəqələr: Dejan Pavloviç, 13:36, Srdan İvankoviç, 22:23 // Seymur Məmmədov, 25:48

 

Bosniya və Herseqovina

1. Senad Poraçanin (q), 7. Srdan İvankoviç, 8. Marijo Aladziç (k), 9. Josip Sesar, 11. Josip Başkoviç, 12. Amer Deliç (q), 2. Dejan Pavloviç, 3. Sejad İbrişimoviç, 4. Davor Arnautoviç, 6. Dragan Edi Mariç, 10. Bilal Jeliç, 13. Muanis Duvnjak, 15. Edvin Bosniç, 16. Faruk Brkaniç

Baş məşqçi: Qoran Melher

 

Azərbaycan

12. Kamran Hacıyev (q), 3. Nurlan Məmmədov, 7. Xəzər Ağalızadə, 9. Emil Həsənzadə, 14. Ülvi Əliyev, 1. Emin Kürdov q, k), 2. İlham Alıyev, 4. Fərid Abbasov, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 8. Murad Quluzadə, 10. Oktay Rüstəmli, 17. Seymur Məmmədov, 20. Tofiq Mikayılov

Baş məşqçi: Vitali Borisov