...

Millimiz mübarizəni dayandırıb


Azərbaycan millisi VI İslam həmrəyliyi Oyunlarında bu gün son matçına çıxıb. A qrupunda yer alan komandamız Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb. Görüş təşkilatçı ölkə millisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da aktivində 3 xal olan Azərbaycan millisi mübarizəni dayandırıb. Özbəkistan 1-ci, Səudiyyə ərəbistanı isə 2-ci yerin sahibi kimi yarımfinala vəsiqə qazanıb.

Səudiyyə Ərəbistanı – Azərbaycan (4:0) 5:0

8 noyabr. Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksi, Yaşıl zal. Saat 20:00

 

Azərbaycan

1. Kamran Hacıyev (q, k), 3. Kənan Manafov, 5. Eldar Zeynalov, 9. Murad Quluzadə, 20. Fərid Abbasov, 12. Cavad Məmmədov (q), 2. Ədalət Ələkbərov, 4. Qüdrət Qasımzadə, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Oqtay Mahmudzadə

Baş məşqçi: Yevgeni Kukseviç