2 mart 2019-cu il, futzal üzrə Azərbaycan Birinci Liqasının “Sabunçu” – “Green Log” matçında “Sabunçu” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
2 mart 2019-cu il, futzal üzrə Azərbaycan Birinci Liqasının “Sovetski” – “Yasamal” MFK B matçının 19-cu dəqiqəsində “Sovetski” klubunun 2 №-li futzalçısı Murad İsmayılovun aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).
Oyunun 19-cu dəqiqəsində “Yasamal” MFK B klubunun 9 №-li futzalçısı Eşqin Tağıyevin aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).
Oyunun 23-cü dəqiqəsində “Yasamal” MFK B klubunun 1 №-li futbolçusu İsmayıl Mirzəzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
3 mart 2019-cu il, futzal üzrə Azərbaycan İkinci Liqasının “Hövsan” – “Gənclik” matçının 25-ci dəqiqəsində “Gənclik” klubunun 7 №-li futbolçusu Şəhriyar Mirzəzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
3 mart 2019-cu il, futzal üzrə Azərbaycan İkinci Liqasının “STAR karqo” – “Avanqart” matçının 30-cu dəqiqəsində “Avanqart” klubunun 11 №-li futzalçısı Ravin Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).