...

U-19 məğlub oldu, Qədir Rüstəmov komandasının 100-cü qolunu vurdu


Birinci Liqada XXII tura bu gün keçirilmiş 3 oyunla yekun vurulub. Avropa çempionatına hazırlaşan U-19 səfəröncəsi son rəsmi matçına çıxıb. “Füzuli” ilə gücünü sınayan yığmanı baş məşqçi Ağatahir Əzimov cəzalı olduğuna görə kənardan izləyib. Hesabı nominal qonaqlar açsa da, fasiləyə qədər status-kvo bərpa olunub. İkinci hissənin əvvəlində də “Füzuli” hesabı lehinə dəyişib. Yalnız hissənin ortalarında U-19 yenidən bərabərliyi nail olub. Oyun ərzində hər dəfə hesabı lehinə dəyişən “Füzuli” sona 26 saniyə qalmış qələbə topunu vurub. Günün ikinci oyunu da gərgin keçib və “Çinar Cəbrayıl” mövsümdə üçüncü qələbəsini qazanıb. “Zəngilan” da turu 3 xalla qapayıb. Qədir Rüstəmovun hesabı açdığı qol isə komandasının cari mövsümdə vurduğu 100-cü qol olub.

“Sabunçu” komandası yarışdan kənarlaşdırıldığı üçün AZMİU-nun aktivinə 3 xal yazılıb.

 

U-19 – Füzuli 3:4

Metropoliten-Çinar Cəbrayıl 4:5

Abşeron-Zəngilan 1:9