Aprelin 8-də və 9-da Bakıda, ayın 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışı, toplanış çərçivəsində aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığma komandaları ilə yoldaşlıq oyunları keçirəcək futzal üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Namiq Məmmədkərimov və Fərid Atakişiyevin əvəzində Ramiz Çovdarov və İsa Atayev milli komandaya dəvət olunub.