Bu gün keçirilmiş oyunlarla Birinci Liqada XXIV tura yekun vuruldu. İlk qarşılaşmada lider sürprizlə üzləşdi. “Füzuli” ardıcıl 3 qol vurmaqla “Baku fire”i şoka saldı. Düzdü, Teymur Eyvazovun yetirmələri fərqin böyüməsinin qarşısını Zeynaloval aldı, ancaq orta pillələrdə yer alan “Füzuli” yenidən 3 topluq fərqi bərpa etdi. Fasiləyə yollanan zaman fərq dəyişməmişdi. İkinci hissəni 5 meydan oyunçusu ilə keçirən lider sona 4 dəqiqə qalmış hesabı lehinə dəyişməyi bacardı.
Baku Fire-Füzuli 6:5
Baku Fans-Çinar Cəbrayıl 4:2
Abşeron – U-19 0:10