Birinci Liqada XXIX turun oyunlarına start verilib. İlk oyunda lider “Baku Fire” “Ulduz”la qarşılaşıb. Bu oyunda qələbə qazanacağı təqdirdə “Baku Fire” son 1 tur qalmış çempionluğu bayram edəcəkdi. Fasiləyə qədər 4 cavabsız top vuran lider ikinci hissədə də üstünlüyünü davam etdirdi. Yekunda böyükhesablı qələbə qazanan “Baku Fire” Birinci Liqanın zirvəsini təmin etmiş oldu. Günün ikinci oyunu gərginliyi ilə yadda qaldı. Düzdü, yekunda U-19 böyükhesablı qələbəyə sevindi, amma matçın birinci hissədə qarşılıqlı qollarla müşayət oldu. İkinci hissənin sonlarına yaxın millinin üzvləri fərqi artırmağı bacardı. Növbəti oyunda “Yasamal” MFK-B 2 top fərqi ilə üstünlük qazansa da, yorğunluq tədricən hesabın bərabərləşməsinə səbəb oldu. Son saniyələrdə vurulan qol “Füzuli”yə qələbə qazandırdı.
“Baku Fire” – “Ulduz” 9:1
U-19 – “Metropoliten” 8:3
“Füzuli” – “Yasamal MFK Baku-B” 5:4
Tura sabah keçiriləcək 4 oyunla yekun vurulacaq.
AzMİU – Standard
11 may. Bakı İdman Sarayı. Saat 19:00
Hakimlər: Ramiz Məhərrəmov, Fuad Həsənov, İsgəndər Əliyev
Zəngilan – Çinar Cəbrayıl
11 may. Bakı İdman Sarayı. Saat 20:00
Hakimlər: Fuad Həsənov, İsgəndər Əliyev, Ramiz Məhərrəmov
ADBTİA - Green Log
11 may. Bakı İdman Sarayı. Saat 21:00
Hakimlər: Hikmət Qafarlı, Elman Musayev, Azad Hüseynov
Abşeron - Sovetski
11 may. Bakı İdman Sarayı. Saat 22.00
Hakimlər: Azad Hüseynov, Hikmət Qafarlı, Elman Musayev