Mayın 14-də Yüksək Liqada pley-off mərhələsinin 3-cü oyunları keçiriləcək. Bu matçları da bir neçə futzalçı kkənardan izləyəcək. Belə ki, sarı vərəqə limitini doldurduğuna görə EKOL-dan Fərid Ələkbərov, “Neftçi”dən isə Salar Şahnazi qarşıdakı oyunu buraxacaq. Son matçda qırmızı vərəqə alan Ramiz Çovdarov da EKOL-a kömək edə bilməyəcək. Emin Kürdovla (EKOL) Rüfət Balakişiyevin (Neftçi) cəzası isə davam edir. Əvəzində “Araz”ın iki oyunçusunu cəzası başa çatır. Belə ki, Xətai Bağırov və İsa Atayev meydana çıxa biləcək.
Bu futzalçıların passivində 1 sarı vərəqə var:
Vitali Borisov, Vahib Xocayev, Seyidəhməd Yaqubi (hamısı “Neftçi”), Behzad Şebli, Amir Şocayi, İsaq Surqalı, Şahab Şahnazi, Hadi Rezvan (hamısı “Xəzər Cənub”), Sadiq Cavid, Nihad İsmayılov, Ali Mikaeli, Mohammadtaha Neyməti (hamısı“Araz”), Fərid Atakişiyev, Ramiz Çovdarov, İntiqam Babayev (hamısı EKOL)