...

Mükafatlar təqdim edilib (fotoreportaj)


Birinci Liqada 2018-2019-cu il mövsümünə yekun vurulub. Mövsümü məğlubiyyətsiz başa vuran və cəmi bir görüşdə heç-heçə etməklə xal itirən “Baku Fire” liqanın qalibi olub. Gümüş və bürünc medallar müvafiq olaraq ADBTİA və “Standard” komandalarına təqdim olunub.

 

Liqanın ən yaxşı qapıçısı U-19-un üzvü Vladislav Reznov, ən yaxşı oyunçusu isə “Zəngilan” komandasından Qədir Rüstəmov seçilib. Ən yaxşı baş məşqçi mükafatı “Baku Fire”ə qızıl medallar qazandıran Teymur Eyvazova təqdim edilib. Liqanın bombardiri isə 85 qol vurmuş Emin Cəbrayılov (ADBTİA) olub.

Komandalara mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev, federasiyanın əməkdaşı Xosrov Məmmədov və beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təqdim ediblər.

Bütün iştirakçı komandalara isə federasiya adından təşəkkürnamə verilib.