...

“Obolon” yüz faizli nəticə ilə qalib oldu


Bu gün Olimpik Starda İkinci Liqanın XXXVIII turunun oyunları keçirilib. Futzal mövsümünün son turunda qeydə alınmış nəticələr ilk “3-lüy”də hansısa dəyişikliyə olmayıb. Bu, əvvəldən bilinirdi. “Obolon” mövsümü yüz faizlik nəticə ilə qapayıb. Komanda keçirdiyo 38 oyunun hamısından qalib ayrılmaqla 114 xal toplayıb. Yeri gəlmişkən, bu İkinci Liqa tarixində ilk belə haldır. Maraqlı oyunlardan biri də Gilan Construction – STAR karqo arasında baş tutub. 17 qolun vurulduğu oyunda qələbəni nominal qonaqlar vurub. “Hövsan” oyun gəlmədiyinə görə “Bibi-Heybət” 3 xalı əziyyətsiz qazanıb. “Mübariz”in məğlub olması “Atletiko Baku”nun mövsümü 4-cü pillədə başa vurmasına şərait yaratdı. “Baker Tilly” qələbə sayəsində 100 xallıq bariyeri aşan ikinci komanda oldu.

 

Bədr FK Xocalı – SAB 2:4

Dalğa – Advokat 2:6

Borçalı – Gənclik İK 4:4

Gilan Construction – STAR karqo 8:9

Bibi-Heybət – Hövsan 5:0 (+:-)

Təbriz – Rəvan 4:8

Baku Fire-2 – Mübariz 4:3

Avanqard – Atletiko Baku 1:4

Baker Tilly – Baker Hughes 10:0

Xəzər Astara – Obolon 1:5