Bu gün keçirilmiş XXXVIII turun oyunları ilə İkinci Liqada 2018-2019-cu il mövsümünə yekun vurulub. Maksimum xal toplayan “Obolon” liqanın qalibi olub, “Baker Tilly” ikinci, “Avanqard” isə üçüncü pilləni tutub.
Klublar arasında keçirilmiş sorğunun nəticəsinə əsasən mövsümün ən yaxşı qapıçısı Zəfər Mehdizadə (“Obolon”), ən yaxşı oyunçusu Nicat Qafarlı (“Obolon”), Fuad Rzayev isə ən yaxşı baş məşqçi (“Advokat”) seçilib. Mövsümün bombardiri “Obolon” komandasından Zakir Kərimov olub. Mükafatları Azərbaycan Futzal Federasiyasının əməkdaşları Xosrov Məmmədov və Hikmət Qənbərov, milli komandanın keçmiş kapitanı Marat Salyanski təqdim edib.