XƏBƏRLƏR
-
"Eyni rəqiblə ardıcıl oyunlar keçirmək çətindir"
-
YL, Pley-off: EKOL - Neftçi İK 2:0 (videoicmal)
-
Birinci Liqa, XXIV tur: Oyun cədvəli
Birinci Liqada XXIV turun oyun cədvəli açıqlanıb. Turun matçları Olimpik Starda keçiriləcək.
-
Pley-off, I oyunlar: Təyinatlar
Xəbər verdiyimiz kimi, sabah Yüksək Liqada pley-off mərhələsinin oyunlarına start veriləcək. Bakı İdman Sarayında keçiriləcək və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq birinci oyun gününə olan təyinatları diqqətinizə çatdırırıq:
-
Pley-off-da kimlər oynamayacaq?
Mayın 1-də Yüksək Liqada həlledici mərhələ - pley-off oyunları başlayacaq.
-
“Forza Neftçi” çempion!
Birinci Liqada XXIII turun oyunları keçirilib. “Baku Fire-2” ilə matçda qələbə qazanan lider “Forza Neftçi” sona 3 tur qalmış çempionluğu təmin edib. Düzdür, riyazi baxımdan “Standard” xalları bərabərləşdirə bilər. Amma şəxsi oyunlarda qazandığı uğur “Forza Neftçi”ni əlçatmaz edib. Son turlarda qələbələr qazanan “Dəstə Ordubad” isə “Metropoliten”lə dueldə yenigi ilə barışıb. ADBTİA gümüş medal iddiasını davam etdirir. “İdmançılar” bu dəfə “Şuşa”dan güclü olub. “Qarabağ-Füzuli” də turu 3 xalla başa vurub. Turun ən fərqli qələbəsini isə “STAR kargo” qazanıb. Turun mərkəzi oyunu hesab edilən “Standard” – “Alyans Qrup” dueli ölkə kubokunun finalçısı üçün uğursuz yekunlaşıb. “Zəngilan” isə XXIII turun son qələbəsinin sahibidir.
-
Statistika nə deyir?
Aprelin 22-də keçirilən XXI turla Yüksək Liqada əsas mərhələnin oyunları başa çatmış oldu. İlk 4 pillədə (1-4, 2-3) qərarlaşan komandalar mükafatçıları müəyyənləşdirmək üçün pley-off mərhələsində mübarizəni davam etdirəcəklər. Artıq cütlüklər məlumdur: “Araz-Naxçıvan” – “Baku Fire”, EKOL – “Neftçi” İK. Reqlamentə əsasən, komandalar 2 qələbə qazanana qədər qarşılaşacaqlar. Yəni hansısa matçın əsas vaxtı heç-heçə yekunlaşarsa, komandalar hər biri 5 dəqiqədən ibarət əlavə iki hissədə yarışacaq. Bu dəfə də hesabdakı tarazlıq pozulmazsa, qalibin adı penaltilər seriyasında müəyyənləşəcək. Bir sözlə, pley-offun hər bir matçında mütləq qalib bilinəcək. Buna görə də pley-off mərhələsində eyni cütlük maksimum 3 oyunda üz-üzə gələ biləcər. Ümumi hesabda iki qələbə qazanan komanda finala yüksələcək. Məğlublar isə üçüncü yer uğrunda matçda gücünü sınayacaq. Pley-off mərhələsinin oyunları mayın 1-də və 4-də Bakı İdman Sarayında, mayın 7-də (ehtiyat gün) isə Olimpik Starda təşkil olunacaq. Mükafatçıların müəyyənləşəcəyi üçüncü yer uğrunda və final görüşü, eləcə də mükafatlandırma mərasimi isə mayın 11-də FHN-in Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçiriləcək.
-
Final matçının məkanı və yeri
Badamlı Azərbaycan kubokunun final matçının keçiriləcəyi məkan və tarix müəyyənləşib. Qalibin adına mayın 24-də, saat 14:15-də Bakı İdman Sarayında təşkil olunacaq həlledici matçda aydınlıq gətiriləcək. Finalda “Alyans Qrup” və “Neftçi” İK üz-üzə gələcəklər.