Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Antidopinq maarifləndirmə proqramı” çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası üçün təlim keçirib. Bu gün Bakı İdman Sarayında keçirilən təlimlərdə iştirakçılara təməl antidopinq bilikləri – dopinq anlayışı, antidopinq qayda pozuntuları, dopinq testi və təmiz idman dəyərləri haqqında geniş məlumat verilib, futzalçıları maraqlandıran suallar cavablandırılıb.