XƏBƏRLƏR
-
Oyunların məkanı dəyişdirilib
Yüksək və Birinci liqalarda oktyabrın 21-də və 22-də keçiriləcək oyunların məkanı dəyişdirilib. Texniki səbəblərdən matçlar Bakı İdman Sarayında deyil, Olimpik Starda təşkil olunacaq.
-
Birinci Liqa, III tur: Təyinatlar
Birinci Liqada III turunun oyunlarına təyinatlar açıqlanıb. Oktyabrın 21-də və 22-də Olimpik Starda keçiriləcək qarşılaşmaları idarə edəcək hakimləri diqqətinizə çatdırırq:
-
Yüksək Liqa, IV tur: Təyinatlar
Yüksək Liqanın IV turunun oyunlarına təyinatlıar açılanıb.
-
Oyunların başlanma saatı açıqlanıb
Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı D qrupunun oyunlarının başlanma saatı açıqlanıb. Qrupun ilk oyunu millimizlə Gürcüstan yığması arasında olacaq.
-
Qrup oyunlarını idarə edəcək hakimlər
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 6-cı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Josip Barton (Şimali Makedoniya), Joze Kristiano Kardoso Santos (Portuqaliya), Trayan Ençev (Bolqarıstan), Dejan Veseliç (Sloveniya) oyunlatrda ədaləti təmsil edəcəklər. Stefan Kammerer (Almaniya) oyunun UEFA nümayəndəsi, Patrik Villemark (Belçika) isə hakim-inspektor olacaq.
-
Kapitandan dəyərləndirmə
Avropa çempionatının final mərhələsində iştirak edəcək və D qrupunda Bosniya və Herseqovina, İspaniya və Gürcüstanla qarşılaşacaq millimizin şansları barədə kapitan Rizvan Fərzəliyevin azfutzal.az-a açıqlaması.
-
İkinci Liqa: Sarı vərəqələr
İkinci Liqada keçirilən iki turdan sonra 4 futzalçının passivində turların sayı qədər sarı vərəqə var. Bu 4 oyunçudan ikisi eyni komandanın üzvüdür.
-
Statistika nə deyir?
Xəbər verdiyimiz kimi, AÇ-2022-nin final mərhələsində millimiz D qrupunda Bosniya və Herseqovina, İspaniya və Gürcüstanla qarşılaşacaq. Oyunlar gələn il yanvarın 22-də, 26-da və 29-da Niderlandda keçiriləcək. Komandamız bu rəqibləri ilə müxtəlif vaxtlarda rəsmi oyunlarda qarşılaşıblar. Gürcüstanla 3 oyunun ilkində heç-heçə etmişiksə, qalan 2 matçda qələbə qazanmışıq. Ən çox qapısına yol tapdığımız komandada elə Gürcüstan millisidir – 17:10. Bosniya və Herseqovina ilə baş tutmuş 2 dueldə də sevinən tərəf Azərbaycan millisi olub. Qolların nisbəti isə belədir: - 8:6. İspanlarla hər 3 oyun isə uğursuz alınıb. Üç oyunda onları 5 dəfə məyus etmişik - 5:13.