XƏBƏRLƏR
-
Azərbaycan kuboku, 1/16 final, ilk oyunlar (fotoreportaj-5)
-
Azərbaycan kuboku, 1/16 final, ilk oyunlar (fotoreportaj-4)
-
İlk oyunlara yekun vuruldu
Bu gün keçirilmiş 6 görüşlə Azərbaycan kubokunun 1/16 final mərhələsində ilk oyunlara yekun vuruldu. Günə Naxçıvan təmsilçisinin iştirakı ilə start verildi. İranlı legionerlərlə güclənən “Badamlı” “Forza Neftçi”nin qonağı oldu. Azarkeşlərin xüsusi rəng qatdığı oyunun qalibi Naxçıvan təmsilçisi oldu. Elə “Nəqşicahan” da ümidini əcnəbi transferlərə bağlamışdı. Komandalar hərəyə bir dəfə fərqlənməklə intiriqanı cavab oyununa saxladılar. Maraqlı nəticə isə ölkə kubokunun son qalibi ilə İkinci Liqanın lideri NTD-nin duelində qeydə alındı. Gözlənildiyinin əksinə olaraq, İkinci Liqa komandası inamlı qələbə qazandı. Yasamal İSK – Atletiko Baku matçında “ikincilər” əksər hallarda hesabda öndə olsalar da, oyun “sülh”lə başa çatdı. Mərhələnin son oyununda “Baker Tilly” Yüksək Liqa təmsilçisini məğlub edib.
Bu mərhələnin cavab oyunları fevralın 14-16 fevralda keçiriləcək.
-
Azərbaycan kuboku, 1/16 final, ilk oyunlar (fotoreportaj-3)
-
Bu dəfə “Neftçi”...
Azərbaycan kubokunun 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün daha 5 qarşılaşma keçirildi. Əvvəlcə “Premier” meydana çıxdı. Yeni transfer Kamil Nurəhmədovun da debüt etdiyi oyunda Quba futzalçıları Sabir Əlişanın məhsuldarlığı hesabına qələbə qazandı. İkinci oyun isə kifayət qədər maraqlı keçdi. “Bakı Fire” hesabda iki dəfə önə keçsə də, fasiləyə “vəkillər” üstün yollandı. İkinci hissədə status-kvonu bərpa edən meydan sahibləri qələbə topunu da vurmağı bacardı. “Neftçi” isə böyükhesablı qələbə qazanmaqla cavab oyununu formallığa çevirdi. “Record club” isə “Hövsan”la bacarmadı. Belə ki, oyunun gedişində hesabda geri düşməsinə rəğmən, İkinci Liqa təmsilçisi ilk oyunda qələbə qazandı. Günün son duelini “Baku Fans” qazanıb. Birinci Liqa təmsilçilərinin duelində böyükhesablı qələbə qeydə alınıb.
-
Azərbaycan kuboku, 1/16 final (fotoreportaj-2)
-
Azərbaycan kuboku, 1/16 final (fotoreportaj-1)
-
Beş oyun keçirildi
Bu gün Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində 5 oyun keçirildi. Mərhələnin ilk matçı “Star-karqo”ların dueli oldu. Görüş “ikinci”lərin qələbəsi ilə başa çatdı. İkinci matçda isə “Yasamal” İSK-2 ardıcıl 4 qol vursa da, ikinci hissədə toparlanan “Yurd” qələbə qazanmağı bacardı. “Red Line” – “Borçalı” dueli də kifayət qədər gərgin keçdi. Hər hissədə bir qol vuran Birinci Liqa təmsilçisi minimalhesablı qələbə sayəsində cavab matına cüzi də olsa, üstünlüklə çıxacaq. “Araz”ın rəqibini böyük hesabla yenəcəyi isə gözlənilən idi. İkinci matçı formallığa çevirən Yüksək Liqa təmsilçisinin heyətində debüt edən Eshag Soorgali qol hesabını açdı. Günün son oyununda da qələbəni Yüksək Liqa təmsilçisi qazandı. Fasiləyə qədər cəmi bir qol vuran “Marafon” ikinci hissədə fərqi artırsa da, 26-cı dəqiqədə “Altay” sona qədər mübarizəsini davam etdirdi. Nəticədə İkinci Liqa klubu fərqi minimuma endirməklə intirqanı ölməyə qoymadı. Amma son dəqiqədə daha iki dəfə rəqib torunu silkələyən “Marafon” ikinci oyuna üstünlük qazandı.