XƏBƏRLƏR
-
Millimiz A səbətində
Xəbər verdiyimiz kimi, sentyabrın 2-də, Bakı vaxtı ilə saat 15:15-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında Avro-2022-nin seçmə qrup mərhələsinin püşka atılacaq. Püşkdən əvvəl qitənin ali futbol qurumu milli komandaları reytinq cədvəlinə uyğun olaraq səbətlərə bölüb. Millimiz A səbətində yer alıb. Bu isə o deməkdir ki, həmin səbətdə yer alan komandalar qrup mərhələsində rəqib olmayacaqlar. Ümumiyyətlə, A, B, C qruplarının hər birində 8 komanda yer alıb. Norveç D səbətindədir. İlkin mərhələdən pley-off oyunlarına vəsiqə qazanan komandalar isə E səbətində cəmləşiblər.
-
AFF təbrik edir!
Azərbaycan Futzal Federasiyası 22 iyul - Milli Mətbuat günü münasibətilə Kütləvi İnformasiya Vasitələri nümayəndələrini təbrik edir, yaradıcılıq uğurları arzulayır. Bayramınız mübarək!
-
Çempionları yaxından tanıyaq...
Futzal üzrə Yüksək Liqada 2019/2020-ci il mövsümünə yekun vurulub. “Araz” 15 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. İlk çempion isə “Nicat” olub. “Araz” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.
Bu, sayca 27-ci ölkə çempionatı idi. İlk çempionat 1993-cü ildə keçirilib. Bəzi mənbələrdə mövsümün 1993/94-cu illərdə keçirildiyi qeyd edilir. Ancaq fakt odur ki, ilk çempionat 1993-cü ilin payızında təşkil olunub. İndiyə qədər keçirilmiş çempionatların qaliblərini diqqətinizə çatdırırıq:
-
AVRO-2021-in planları açıqlanıb
UEFA 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil ediləcək AVRO-2021-in planlarını açıqlayıb.
-
AFF idman jurnalistlərini təbrik edir
Azərbaycan Futzal Federasiyası 2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günü münasibətilə bu sahədə fəaliyyət göstərən mətbuat nümayəndələrini təbrik edir, onlara yaradıcılıq uğurları arzulayır.
-
İcraiyyə Komitəsinin iclası keçirilib
Bu gün Azərbaycan Futzal Federasiyası İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.
-
Millinin üzvü Belçika klubu ilə anlaşdı
Azərbaycan milli komandasının üzvü Eduardo Borges karyerasını Belçikanın “Halle Gooik” klubunda davam etdirəcək. Son 3 mövsümdə Fransanın “Acces Futsal” klubunun uğurları üçün çalışan müdafiəçi bu dəfə Belçikanın iddialı komandası ilə anlaşıb. O, qarşıdakı 1 ili bu komandanın heyətində keçirəcək.
-
UÇL-nin yeni mövsümünün təqvimi