XƏBƏRLƏR
-
İntizam Komitəsinin qərarları
-
Beş oyun keçirildi
Bu gün Birinci Liqada XXIII turun 5 oyunu keçirilib. Günün ilk oyununda “Metropoliten” böyükhesablı qələbə qazanıb. “Veqa” isə “Baku Fans”la oyuna gəlməyib. “Arenda.az” isə ən yaxın izləyicisi ilə dueldən 5 cavabsız top üstünlüklü qələbə ilə ayrılıb. Turun mərkəzi oyununda zirvəyə iddialı “Forza Neftçi” və ADBTİA üz-üzə gəlib. Nominal meydan sahibləri qış fasiləsində heyətini gücləndirsə də, yenə məğlub oldu. Günün son oyununda isə lider “AjaxBaku” “Çinar Cəbrayıl”ı meydana çıxmağa peşman edib.
-
Liqalarda oyunlar təxirə salındı
Koronavirus pandemiyasının dünyada geniş yayılmasınını, ölkəmizdə virusa qarşı aparılan mübarizəni, həmçinin idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını nəzərə alan Azərbaycan Futzal Federasiyasının rəhbərliyinin qərarı ilə martın 14-dən ayın sonuna qədər futzal liqalarında, eləcə də ölkə kubokunun 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməsi nəzərdə tutulan bütün oyunları təxirə salınıb.
-
Azərbaycan kuboku, 1/8 final, ilk oyunlar (fotoreportaj-2)
-
Bu gün: Birinci Liqa, XXIII tur
Bu gün Birinci Liada XXIII turun oyunlarına start veriləcək. İki gün davam edəcək və “Olimpik Star”da keçiriləcək görüşlər azarkeşlər üçün qapalı olacaq:
-
EKOL-dan böyükhesablı qələbə
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha 2 görüş keçirildi. Günün ilk oyununda Yüksək və Birinci liqaların iddialı komandaları qarşılaşdı. İlk dəqiqənin tamamında EKOL Əsgərin dublu sayəsində hesabda önə keçdi. Ardınca Oktay dubl etmək bacarığını göstərdi. “Yaşıllar” fasiləyə qədər üstünlüyünü 8 topa çatdırdı, ki, kapitanın da bunda əməyi az olmadı. İkinci hissədə daha 4 qol vuran EKOL ilk oyunda böyük üstünlük qazandı.
İkinci Liqa klublarının üz-üzə gəldiyi digər oyunda tərəflər qarşılıqlı hücumlar qursa da, “Yurd” fasiləyə qədər daha məhsuldar oldu. İkinci hissədə isə “Hövsan” komandası qarşılıq verdi və ilk oyunda qalib müəyyənləşmədi.
Qeyd edək ki, Neftçi – Badamlı və Nəqşicahan – Baku Fans görüşü qeyri-müəyyən vaxta təxirə salınıb.
-
Millinin hücumçusu Rusiya çempionu ilə anlaşdı
Azərbaycan milli komandasının üzvü Thaqo Bolinya karyerasını Rusiyanın “Tümen” klubunda davam etdirəcək. Buna qədər Norilskin “Nikel” klubunda çıxış edən hücumçu Rusiya çempionu ilə mövsümün sonuna qədər anlaşıb. O, yeni komandasına apreldə keçiriləcək UEFA Çempionlar Liqasının "Dördlər finalı"nda kömək edəcək.
-
İkinci Liqa, XXII tur: Təyinatlar
İkinci Liqada XXII turun oyunlarına təyinatlar açıqlanıb. Turun bütün oyunları martın 15-də “Olimpik Star”da keçiriləcək.