XƏBƏRLƏR
-
İkinci Liqa, X tur: Təyinatlar
İkinci Liqada X turun oyunlarına təyinatlar açıqlanıb. Noyabrın 17-də, Olimpik Starda keçiriləcək matçları idarə edəcək hakimləri diqqətinizə çatdıracağıq:
-
Birinci Liqa: Sarı vərəqələr
Bu gün Birinci Liqada XII turun oyunları keçiriləcək. Turdan əvvəl sarı vərəqələrin göstəricisi belədir:
-
Yüksək Liqa, VII tur: Record club - Baku Fire (fotoreporta)
-
Yüksək Liqa, VII tur: CBC Sport-un hazırladığı icmal (video)
-
Birinci Liqa, XII tur: Təyinatlar
Birinci Liqada XII turun bütün oyunlarına təyinatlar açıqlanıb.
-
Yüksək Liqa, VIII tur: Oyun cədvəli açıqlanıb
Yüksək Liqada VIII turun oyun cədvəli açıqlanıb. Görüşlər Bakı İdman Sarayında keçiriləcək:
-
YL, VII tur: Neftçi İK - Araz (fotoreportaj)
-
“Neftçi” də “Araz”ı dayandıra bilmədi
Bu gün Yüksək Liqada VII turun oyunları keçirildi. Açılış oyununda liderlər qrupunda yer alan EKOL-la debütant “Bakı” TFK üz-üzə gəldi. Təcrübəli “yaşıllar” favorit hesab edilsə də, hesabı 11-ci dəqiqədə açdılar. Fasiləyə qədər başqa qol vurulmadı. “Bakı” TFK daha çox əks-hücumlar qurmaqla rəqibini cəzalandırmağa çalışırdı. Epizodların birində Elvin Adışirinli təhlükəli zərbə ilə yadda qaldı. Faiq Əliyevin cavabı də qeyri-dəqiq alındı. 25-ci dəqiqədə qapıçı ilə üzbəüz qalan Vüsal Buludov isə son zərbəni vurmaq üçün özündə təpər tapmadı. “Bakı” futzalçıları növbəti əlverişli epizodu qaçırdıqdan sonra topu öz qapısından çıxarmalı oldu. Namiq Məmmədkərimov fərqi 2 topa çatdırdı. Kapitan 3 dəqiqə sonra dubl etdi. Tədricən səhvləri çoxaldan debütant az sonra 4-cü dəfə meydanın mərkəzinə dəvət olundu. Sona 19 saniyə qalmış Faiq dublnu və yekun nəticəni müəyyənləşdirdi.
Turun mərkəzi oyununda iki əzəli rəqib – “Neftçi” və “Araz” komandaları qarşılaşdı. Bu oyuna marağı artıran bir neçə maqam vardı. Birincisi, “Neftçi”nin heyətində meydana çıxan futzalçılardan dördü ötən mövsüm “Araz”ın uğurları üçün tər tökürdü. Digər səbəb millinin baş məşqçisi ilə köməkçi-məşqçisinin bu dəfə bir-birinə rəqib olmasıdı. Oyunda hesab erkən açıldı. 19-cu saniyədə Xətai Bağırov fərqləndi. 3-cü dəqiqədə Çovdarovun zərbəsini Zamanov son anda kornerə göndərdi. 5-ci dəqiqədə “Neftçi” azlıqda qaldı. Rüfət Balakişiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldı. Nəticədə azlıqda qalan “Neftçi” tezliklə ikinci topu buraxdı.
İkinci hissənin əvvəlində “Neftçi” baxımlı kambinasiya quraraq fərqi minimuma endirdi. Ancaq bu uzun çəkmədi. Tezliklə lider ardıcıl iki qol vurmaqla indtriqanın yaranmasına imkan vermədi. Sonrakı dəqiqlərdə tərəflər hərəyə bir dəfə fərqləndi və son çempion məğlubiyyətisz oyunlar seriyasını 7-yə çatdırdı.
Turun 3-cü oyununda debütantlar üz-üzə gəldi. Demək olar ehtiyat qüvvəsiz meydana çıxan “Record club fasiləyə 1:0 hesablı üstünlüklə yollandı. İranlı legionerlərdən ibarət “Record club” ikinci hissənin əvvəlində də rəqib qapısına yol tapdı. Ümumiyyətlə oyunun əksər hissəsində hesabda üstün olan “Record club” 35-ci dəqiqədə rəqibin “status-kvo”nu bərpa etməsinə mane ola bilmədi. Cəmi bir dəqiqə sonra isə “Baku Fire” hesabda önə keçdi. Nominal qonaqlar final fitinə qədər daha bir qol vurmaqla qələbəni təmin edib.
Növbəti oyun da maraqlı alınıb. “Marafon” heyət baxımından kasadlıq yaşadığına görə qapıçı Ramin Həsənzadənin xidmətindən meydan oyunçusu kimi istifadə edib. Ancaq Reznovun kobud səhvindən sonra Həsənzadə qapıda qərarlaşmalı olub. Oyunun əvvəli qarşılıqlı qollarla müşayət olunsa da, təcrübəli futzalçılardan qurulmuş “Marafon” sonrakı dəqiqlərdə fərqi artırmağı bacardı. Yeri gəlmişkən, dayl-bacıoğlu Vitali Borisov və Vladislav Reznov eyni komandanın – “Marafon”un uğur qazanması üçün çalışdılar.
Tura “Premier” – “Yasamal” İSK matçı ilə yekun vuruldu. Oyunda hesabı əyalət təmsilçisi açsa da, paytaxt futzalçıları dərhal tarazlıq yarada bildi. Qubanın real qol epizodlarını boşa verdiyi dəqiqələrdə “Yasamal” İSK tarazlığı lehinə dəyişdi. Bu dəfə “Premier” bərabərliyi tez bərpa etdi. Komandanın bombardiri adını tabloya yazdırdı. Ağalarov cəmi 50 saniyə sonra dublnu rəsmiləşdirdi. İkinci hissədə də komandalar fərqlənməkdə davam etdilər. Qələbədə əsas pay sahibi “Premier”in heyətində 4 qol vuran Firudin Ağalarov oldu.