Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı D qrupunun təqvimini diqqətinizə çatdırırq. Millimiz mübarizəyə yanvarın 22-də start verəcək.
22 yanvar, Qroningen
Gürcüstan – Azərbaycan
İspaniya – Bosniya və Herseqovina
26 yanvar, Qroningen
İspaniya – Azərbaycan
Bosniya və Herseqovina – Gürcüstan
29 yanvar, Amsterdam
Azərbaycan - Bosniya və Herseqovina
Gürcüstan - İspaniya
¼ final
31 yanvar
B qrupunun qalibi – A qrupunun ikincisi (Amsterdam)
A qrupunun qalibi – B qrupunun ikincisi (Amsterdam)
1 fevral
C qrupunun qalibi – D qrupunun ikincisi (Amsterdam)
D qrupunun qalibi – C qrupunun ikincisi (Amsterdam)
Yarımfinal
4 fevral
A qrupunun qalibi – B qrupunun ikincisi // D qrupunun qalibi – C qrupunun ikincisi (Amsterdam)
B qrupunun qalibi – A qrupunun ikincisi // C qrupunun qalibi – D qrupunun ikincisi (Amsterdam)
6 fevral
Üçüncü yer uğrunda və final oyunu (Amsterdam)
Qeyd: Amsterdamdakı oyunlar “Ziggo Dome”də keçiriləcək. 2012-ci ildə istifadəyə verilən arena 10500 tamaşaçı tutumuna malikdir. Arenada idman oyunları ilə yanaşı konsertlər də təşkil olunur.
Groningendə isə matçlara “Martini Plaza” evsahibliyi edəcək. 1989-cu ildə istifadəyə verilən arenanın tutumu tədricən artırılıb və 2000-ci ildə bu rəqəm 3900-ə çatdırılıb. Burada da müxtəlif idman oyunları, xüsusilə də tennis və basketbol qarşılaşmaları, eləcə də sərgilər təşkil olunur. Hazırda “Donar” basketbol komandası ev oyunlarını bu məkanda keçirir.