XƏBƏRLƏR
-
Bu gün saat 15:00: “Kampuksen Dinamo” – “Araz-Naxçıvan”
UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edən “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirəcək. Təmsilçimiz bu dəfə Finlandiya çempionu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
-
“Araz-Naxçıvan”dan böyükhesablı qələbə
Bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” ilk oyununu keçirib. Təmsilçimiz Cəbəllütariq çempionu ilə qarşılaşıb. Latviyanın Salasplis şəhərində keçirilmiş matçda “Araz-Naxçıvan” qələbə qazanıb.
-
Təmsilçimiz mübarizəyə başlayır
UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayır. Təmsilçimiz ilk matçda Cəbəllütariq çempionu ilə qarşılaşacaq. Oyun Bakı vaxt ilə saat 15:00-da başlayacaq.
-
İlk iki oyunun hakimləri
UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın ilk iki oyununu idarə edəcək hakimlər açıqlanıb.
-
Elçin Səmədli növbəti təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.
-
“Araz-Naxçıvan”ın ÇL üçün iştirak ərizəsi
UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib. Ölkə çempionu 12 futzalçının xidmətindən istifadə edəcək ki, onlardan ikisi qapıçıdır.
-
U-19 mübarizəyə əsas mərhələdən başlayacaq
Xəbər verdiyimiz kimi, final mərhələsi gələn il İspaniyada təşkil olunacaq 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının püşkatma mərasimi avqustun 30-da, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək. Sayca ikinci dəfə keçiriləcək qitə birinciliyində millimiz yenə əsas mərhələdə mübarizə aparacaq. Ümumilikdə 34 komanda qalib adı uğrunda yarışacaq. Avropa çempionu və final mərhələsinə ev sahibliyi edəcək İspaniya ilkin və əsas mərhələdə iştirak etməyəcək. 33 komandadan 7-si – San Marino, Cəbəllütariq, Estoniya, Uels, Monteneqro, Şimali Makedoniya və Andorra ilkin mərhələdə çıxış edəcək. Bu komandalar birində 4, digərində 3 iştirakçı olmaqla iki qrupda yarışacaq. Ancaq qrup qalibləri əsas mərhələdə gözləyən 26 iştirakçıya qoşulacaq. Beləliklə, 28 komanda bu dəfə hər birində 4 yığma olmaqla 7 qrupa bölünəcək. Buradan isə ancaq qrup birinciləri həlledici mərhələyə yüksələcək. İspaniya ilə birlikdə 8 komanda final mərhələsində gücünü sınayacaq. İlkin mərhələnin oyunları bu il 2-7 noyabr, əsas mərhələnin qarşılaşmaları gələn il 15-20 mart, həlledici görüşlər isə 3-10 sentyabr 2022-ci il tarixlərində keçiriləcək.
-
“Bunu etməliyik ki, reytinq xallarımız da artsın”
UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Europa” (Cəbəllütariq), “Kampuksen Dinamo” (Finlandiya) və “Raba” (Latviya) klubları ilə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir. Gündə bir dəfə olmaqla fiziki təmrinləri yerinə yetirən ölkə çempionunun aparıcı üzvlərindən Xətai Bağırov azfutzal.az-a bunları deyib: