AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
XƏBƏRLƏR
DÇ-2020-nin loqosu təqdim olunub
2020-ci il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada keçiriləcək dünya çempionatının loqosunun təqdimat mərasimi olub.
Daha dörd 1/16 finalçı müəyyənləşdi
Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsinin cavab oyunları çərçivəsində 4 görüş baş tutub. “Yurd” MFK ilk oyunda olduğu kimi, dueli yenə qalib başa vurub. İkinci Liqa təmsilçisi bu dəfə daha çox qol vurub. Növbəti oyunda “Baku Fire-2” qələbə qazanıb. İlk matçda 2:5 hesabı ilə məğlub olan Teymur Eyvazovun yetirmələri bu dəfə 6:3 hesabı ilə qalib gəlib. Amma səfərdə daha çox rəqib qapısına yol tapan “Hövsan” komandası mərhələ adlayan tərəf olub. İlk oyunda qazandığı qələbə sayəsində böyük üstünlük əldə edən “Altay” budəfədə “Zirvə Bakı”ya şans tanımadı və 10 cavasız top vurmaqla gözlənildiyi kimi, mübarizəni davam etdirən tərəf oldu. Günün son oyunu kifayət qədər maraqlı keçdi. İlk oyunda “Zirvə Bakı-2”nin minimalhesablı qələbəsi “Bakı Fans”ın şanslarını azaltmamışdı. Aqşin Ömərov isə 2 illik cəzasını başa vurduğundan keçmiş komandasının heyətində meydana çıxmışdı. Komanda yoldaşları kapitan sarğısını da təcrübəli futzalçıya həvalə etmişdi. Qarşılıqlı qolların müşayət olunduğu oyunda cütün taleyini Məmməd Hüseynəliyevin 28-ci dəqiqədə vurduğu qol həll etdi. Nəticədə cavab oyununda 2 top fərqi ilə qələbə qazanan “Baku Fans” mərhələni adlayan tərəf oldu.
Mətbuat üçün açıq məşq və brifinq keçiriləcək
Dünya çempionatının elit-raund mərhələsinin oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan milli komandasının yanvarın 18-də, saat 12:00-da “Olimpik Star” İdman və Əyləncə Mərkəzinin futzal zalında mətbuat üçün açıq məşqi keçiriləcək. Məşqdən 15 dəqiqə əvvəl – saat 11:45-də baş məşqçi Joze Alesio Da Silvanın və kapitan Rizvan Fərzəliyevin iştirakı ilə brifinq təşkil olunacaq.
Azərbaycan – Özbəkistan: Statistika
Xəbər verdiyimiz kimi, DÇ-2020-nin elit-raund mərhələsinə hazırlaşan Azərbaycan milli komandası yanvarın 21-də və 22-də Bakı İdman Sarayında yoldaşlıq oyunları keçirəcək. Sparrin-rəqib isə Özbəkistan yığması olacaq. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar 9 dəfə üz-üzə gəlib. Bu oyunlardan 5-də millimiz, 1-də isə rəqib qələbə qazanıb. Üç dueldə “sülh” qeydə alınıb. Ən böyükhesablı nəticə son oyunda qeydə alınıb. 2016-cı il avqustun 16-da keçirilmiş oyunda millimiz 6:2 hesabı ilə qələbə qazanıb.
İlk 1/16 finalçı "Dalğa" oldu
Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsinin cavab oyunlarına start verilib. Yeganə oyunda "Dalğa" "Ulduz"la qarşılaşıb. Görüş "Dalğa"nın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda da 3:1 hesabı ilə qalib gələn "Dalğa" növbəti mərhələyə yüksəlib.
“Daxilimdəki hisslər həmin komandanın biz olacağını deyir”
Dünya çempionatının elit-raund mərhələsinə hazırlığını davam etdirən Azərbaycan milli komandasının üzvü İsa Atayevin azfutzal.az saytına müsahibəsi
Bu gün bir oyun keçiriləcək
Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsinin cavab oyunlarına start veriləcək. Bakı İdman Sarayında cəmi bir qarşılaşma keçiriləcək. Mərhələnin növbəti 4 oyunu sabah baş tutacaq. Şənbə və bazar günləri isə müvafiq olaraq 5 və 10 oyun keçiriləcək.
Birinci Liqada ikinci dövrənin başlama tarixi
Birinci Liqada qış fasiləsi fevralın 21-də başa çatacaq. Məhz həmin gün ikinci dövrəyə start veriləcək. XX turun oyunları fevralın 21-də və 22-də keçiriləcək.
BİRİNCİ
‹
380
381
382
383
384
385
386
387
388
389
390
›
SONUNCU