XƏBƏRLƏR
-
“Araz” Belçikada
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz” klubu qrup oyunlarının keçiriləcəyi Belçikaya yollanıb. Bakı-İstanbul-Brüssel reysi ilə Belçikanın paytaxtına çatan son çempion Halle şəhərinə qədər avtobusla təxminən 1 saatlıq yol qət edib. “Horizon” hotelində məskunlaşan təmsilçimiz bu gün oyunöncəsi məşqini yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start götürəcək.
Qeyd edək ki, “Araz” ilk oyununu sabah təşkilatçı ölkənin çempionuna qarşı keçirəcək. “De Bres Arena”da “Halle Gooik”lə matç saat 22:30-da başlayacaq.
-
Yüksək Liqa, IV tur: Araz - Xızı Futzal (fotoreportaj)
-
İkinci Liqa, V tur: Oyun cədvəli
İkinci Liqada V turun oyun cədvəli açıqlanıb. Qarşılaşmalar Bakı idman Sarayında keçiriləcək:
-
İntizam Komitəsinin qərarları
-
Birinci Liqa, V tur: Oyun cədvəli
Birinci Liqada V turun oyun cədvəli açıqlanıb. Bakı İdman Sarayında keçiriləcək tur 2 gün davam edəcək:
-
Akkreditasiya üçün qeydiyyat
Futzal üzrə dünya çempionatının əsas mərhələsinin oktyabrın 23-dən 26-dək Bakı İdman Sarayında keçiriləcək oyunları üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri oktyabrın 11-dək qeydiyyatdan keçməlidirlər.
-
Yüksək Liqa, IV tur: Bakı TFK - Premier (Quba)
-
İkinci Liqada lider dəyişdi
Bu gün İkinci Liqada IV turun oyunları keçirilib. Əvvəlcədən də xəbər verdiyimiz kimi, NTD - “Advokat” oyunu ikincilərin beynəlxalq turnirdə iştirikı ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınıb. Belə ki, oktyabrın 3-dən 6-dək Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyasının 100 illik yubileyi ilə əlaqədar Bakıda beynəlxalq turnir keçiriləcək. Yarışda 9 ölkəni təmsil edəcək 16 komanda mübarizə aparacaq. "Advokat" da həmin turnirdə iştirak edəcəyinə görə, müraciəti müsbət cavablandırılıb. NTD-nin yoxluğunda lider dəyişib. “Hövsan”la “Baku Fire-3” eyni sayda xal toplasa da, birincilər topların nisbətinə görə zirvədə yer alıb. “Baker Tilly” turu 1 xalla qapayıb, “Zülfüqar” və “Gənclik” isə ilk qələbəsini qazanıb. Nəticələri diqqətinizə çatdırırıq: