XƏBƏRLƏR
-
Finala gedən yol
Sabah Azərbaycan kubokunun final oyunu keçiriləcək. Bununla da 2024-2025-ci illər futzal mövsümünə yekun vurulacaq. “Araz-Naxçıvan” 6 dəfə kuboku başı üzərinə qaldırıbsa, PFL bu sevinci ilk dəfə yaşaya bilər. Komandaların finala gedən yoluna nəzər saldıqda görürük ki, hər ikisi cari kubok yarışına 1/8 finaldan başlayıb:
-
İntizam Komitəsinin qərarları
-
Kubokun 29-cu sahibi hansı komanda olacaq?
İyunun 5-də, saat 14:00-da, Olimpik Starda futzal üzrə Azərbaycan kubokunda 2024/2025-ci il mövsümünə yekun vurulacaq. Qalib adı uğrunda Yüksək Liqada çempion olan “Araz-Naxçıvan” və Birinci Liqanın gümüş medalçısı PFL komandaları qarşılaşacaq.
-
Baş məşqçi ilə yeni müqavilə
Futzal üzrə Yüksək Liqanın 19-cu dəfə qalibi olan “Araz-Naxçıvan” baş məşqçi Yevgeni Kukseviçlə müqavilənin müddətini uzadıb. Rusiyalı mütəxəssis daha 1 il Azərbaycan çempionunu çalışdıracaq.
-
AK, Final: Oyun cədvəli
Azərbaycan kubokunun final oyununun saatı açıqlanıb. 2024-2025-ci illər futzal mövsümünün son oyunu iyunun 5-də, saat 14:00-da, Olimpik Starda keçiriləcək.
-
YL, XX tur: Baku Fire - Neftçi İK 2:1 (fotoreportaj)
Yüksək Liqada mövsümün sonuncu oyunundan fotoreportajı diqqətinizə çatdırırıq:
-
Mükafatlandırma mərasimi keçirilib (fotoreportaj)
“Baku Fire” – “Neftçi” oyunu başa çatdıqdan sonra Yüksək Liqa komandalarına mükafatlar təqdim olunub.
-
Yüksək Liqada mövsümə yekun vurulub
Bu gün Yüksək Liqada XX turun oyunları keçirilib. Bununla da çempionatda 2024-25-ci illər mövsümünə yekun vurulub.
Son turda ilk qələbəni “Şuşa” qazanıb. “Yasamal Bakı” isə mövsümü xal qazanmadan başa vurub. Günün ikinci oyununda çempionluğu bir tur əvvəldən təmin etmiş “Araz-Naxçıvan” gənclər millisinin üzvlərinin yer aldığı U-19-la qarşılaşıb. Bu oyun Amirhossein Rasouli üçün daha çox önəm kəsb edirdi. Belə ki, iranlı forvard bombardirlər yarışında önə keçmək üçün 10 qol vurmalı idi. Fasiləyə qədər rəqib qapısına 4 dəfə yol tapan Rasouli ikinci hissədə də 15 qol vurmağı bacardı. Yekunda “Baku Fire”dən İaqonu qabaqlaran forvard çempionatın bombardiri olub.
CBC Sportla II Liqada çıxış edəcək komandanı müəyyənləşdirmək üçün pley-off oyunu yayımlandığına və matç əlavə vaxt getdiyinə görə, turun son oyunu - “Baku Fire” – “Neftçi” təyin olunan vaxtdan 20 dəqiqə gec başlayıb. Bu qarşılaşma gümüş və bürünc medalçının taleyinə aydınlıq gətirib. İkinci pillədə yer alan və rəqibindən 1 xal artıq toplayan “Baku Fire” üçün məğlub olmamaq yetərli idi. Nominal meydan sahibi görüşün çox hissəsini ənənəvi oyun üslubuna uyğun – qapıçını meydan oyunçusu ilə əvəzləməklə keçirib. Hesabı da “5-ci oyunçu” kimi meydana çıxan Nurlan Mehdizadə açıb. Fasiləyə 41 saniyə qalmış hesaba tarazlıq gətirilib. Vahib Xocayev fərqlənib. Oyunda növbəti dəfə hesab 39-cu dəqiqədə dəyişdi. Bu dəfə qapıçını meydan oyunçusu ilə əvəzləyən “Neftçi” topu qapısında gördü. Fərid Abbasov qələbə qolunu vurdu.