XƏBƏRLƏR
-
Yüksək Liqa, XIV tur: Oyun cədvəli
Yüksək Liqada XIV turun oyun cədvəli açıqlanıb. İlin son turu Olimpik Starda keçiriləcək:
-
“Rəvan” “ilk üçlük”də
İkinci Liqada XVI turun oyunları keçirilib. Bakı İdman Sarayında baş tutan tura “Avanqard”ın qələbəsi ilə start verilib. “Təbriz” “Atletiko Baku”dan, “Baker Tilly” isə SAB-dan güclü olub. “Hicran” iə liderlə bacarmayıb. Əvəzində “Rəvan” qələbə qazanmaqla üçüncü pilləyə yüksəlib.
-
YL: Neftçi İK - Liman (fotoreportaj)
-
Abdullazadədən böyükhesablı siftə
Bu gün Yüksək Liqada X turdan təxirə salınmış oyun keçirilib. Çempionluğa iddialı “Neftçi” İK debütant “Liman”la qarşılaşıb. Son iki oyunda ardıcıl məğlubiyyətləri sıralayan “Neftçi” İK oyuna yeni baş məşqçi Hacıbala Abdullazadənin rəhbərliyi altında çıxıb. Erkən qollarla oyuna başlayan “Neftçi” yekunda böyükhesablı qələbə qazanıb.
-
“Neftçi” İK-da baş məşqçi dəyişikliyi
Yüksək Liqada mübarizə aparan “Neftçi” İK-da baş məşqçi dəyişikliyi baş verib. Ötən turda EKOL-a 0:7 hesablı məğlubiyyət İlqar Aslanovun baş məşqçi postundan ayrılmasına səbəb olub. Onu, təcrübəli mütəxəssis Hacıbala Abdullazadə əvəzləyib. Yeni baş məşqçi debüt matçını “Liman”a qarşı keçirib.
Qeyd edək ki, H. Abdullayev hazırda milli komandanın məşqçisi kimi fəaliyyətini davam etdirir.
-
U-19 qədər qol vuran olmadı
Birinci Liqada XIV turun oyunları keçirilib. Turun son matçı həm də mərkəzi qarşılaşma olub. Topların müsbət göstəricisinə görə turnir cədvəlinə başçılıq edən ADBTİA növbəti qələbəsini qazanıb. “Baku Fire” də 3 xalını əldə edib. Ən çox qol sevincini isə U-19 yaşayıb. Yığmamı rəqibini 20 dəfə meydanın mərkəzinə dəvət edib, cəmi 2 dəfə topu tordan çıxarmalı olub. “Yasamal” FK B-nin matçı da məhsuldar alınıb.
-
Klub rəhbərləri ilə görüş keçirilib
Bu gün Azərbaycan Futzal Federasiyasının Bakı İdman Sarayındakı iclas zalında Yüksək Liqada çıxış edən klubların rəhbərləri ilə görüş keçirilib. İlk iki dövrə ilə bağlı məsələlər müzakirə edilib, qış fasiləsi, eləcə də play-off mərhələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, üçüncü dövrədən etibarən Yüksək Liqanın oyunları həftənin çərşənbə günü deyil, cümə günü keçirilsin.
-
Azərbaycan kubokunun püşka atılıb (fotolar)
Bu gün Bakı İdman Sarayında Azərbaycan kubokunun 1/32 final mərhələsinin püşkatma mərasimi keçirilib. Bu mərhələdə püşk Birinci Liqa komandalarını İkinci Liqa təmsilçiləri ilə üz-üzə qoyub. 36 komandanın (Birinci Liqadan 16, İkinci Liqadan 20) iştirak edəcəyi 1/32 final mərhələsinin oyunları gələn il 11-13 yanvarda keçiriləcək.