28 sentyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın “Harmony Hotel” – “Metropoliten” matçının 30-cu dəqiqəsində “Metropoliten” klubunun 4 №-li futzalçısı Mahir Rəsulov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
“Harmony Hotel” komandasının heyətində protokolda adı olmayan futzalçı iştirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
30 sentyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın “Marafon” – “Record club” matçının 28-ci dəqiqəsində “Record club” klubunun 12 №-li futbolzalçısı Sayedahmad Yaghoubi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 28-ci dəqiqəsində “Marafon” klubunun 17 №-li futzalçısı Sərxan Məstiyev rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.1).
30 sentyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın “Xızı Futzal” – “Bakı” TFK matçı başa çatdıqdan sonra “Xızı Futzal” klubunun baş məşqçisi Yasin Yaqubzadə və komandanın rəhbəri Orxan Allahverdiyev hakimlər briqadasın təhqir etdiyinə görə hər biri 5 oyun cəzalanır (maddə 41.4).
28 sentyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın “Standard” – “Zəngilan” matçının 24-cü dəqiqəsində “Zəngilan” klubunun 10 №-li futzalçısı Elçin Mustafayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
27 sentyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın “Star Karqo” – “Baku Fire-2” matçı başa çatdıqdan sonra “Baku Fire-2” klubunun 1 №-li futbolçusu Murad Salahzadə rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.1).