XƏBƏRLƏR
-
YL: EKOL - Xəzər Cənub (Lənkəran) (fotoreportaj)
-
300-cü qol, ən məhsuldar oyun...
-
YL: Araz - Yasamal İSK (fotoreportaj)
-
Mərkəzi oyunda xallar yarı bölündü
Bu gün Yüksək Liqada X turun 2 oyunu keçirilib. İlk qarşılaşmada son çempion böyükhesablı qələbə qazanıb. Maraqlı məqamlardan biri “Araz”ın qapısını kapitan Rizvan Fərzəliyevin qorumasıdı. Belə ki, Rövşən Hüseynli və Kamran Hacıyev cəzalı olduğuna görə, “Araz”ın qapıçısı oyunçulardan biri olmalıydı. Bu çətin iş kapitanın öhdəsinə düşüb. Günün ikinci oyunu gərgin keçib. Əvvəlcə “Xəzər Cənub” hesabı açıb. Fasiləyə qədər hesabı bərabərləşdirən EKOL ikinci hissədə də qol vurub. Ancaq onların bu üstünlüyü 14 saniyə çəkib. Bərabərliyi növbəti dəfə Lənkəran təmsilçisi pozub. Ancaq kapitan qapıların yerini səhv saldığından, qol rəqibin aktivinə yazılıb. Masoud kapitanın səhvini 36-cı dəqiqədə düzəldib.
-
Birinci Liqa, XI tur: Təyinatlar
Birinci Liqada XI turun oyunlarına təyinatlar açıqlanıb. Noyabrın 23-də və 24-də Olimpik Starda keçiriləcək qarşılaşmaları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
-
Birinci Liqa, XI tur: Oyun cədvəli
Birinci Liqada XI turun oyun cədvəli açıqlanıb. Noyabrın 23-də və 24-də görüşlər Olimpik Starda keçiriləcək.
-
Beşi oynamayacaq
İkinci Liqada turu buracaq oyunçuların sayı bu dəfə daha çoxdu. Belə ki, 5 futzalçı komandasın kömək edə bilməyəcək. Onlar sarı vərəqə limitini doldurduğuna görə, XII turun oyunlarını tribunadan izləyəcəklər.
-
“Araz”ın itkisi
Yüksək Liqanın XI turunda “Yasamal” İSK ilə qarşılaşacaq “Araz” daha bir oyunçusunun xidmətindən istifadə edə bilməyəcək. Belə ki, Adəm Həbibov “Xəzər Cənub”la oyunda sarı vərəqə aldığına görə, cəzalı duruma düşüb. Buna qədər futzalçının passivində 3 sarı vərəqə var idi. Qeyd edək ki, “Araz”ın hər ikisi qapıçısı – Rövşən Hüseynli və Kamran Hacıyev qırmızı vərəqə cəzalısıdır.