19 yaşadək futzalçılar arasında Latviyada təşkil edilən Avropa çempionatının final oyununda qarşılaşacaq komandalar müəyyənləşib. Yarımfinalda Polşanı 3:1 hesabı ilə yenən İspaniya və penaltilər seriyasında Portuqaliyanı mübarizədən kənarlaşdıran Xorvatiya millisi qalibi müəyyənləşdirəcək. Həlledici oyun sentyabrın 14-də, saat 21:00-da, Riqa Arenada keçiriləcək. Oyunun birinci hakimi təşkilatçı ölkəni təmsil edəcək. Belə ki, latviyalı İngus Purinş birinci, estoniyalı Grigori Oşomkov ikinci hakim olacaq. Üçüncü referi funksiyasını rusiyalı İrina Velikovna yerinə yetirəcək.
Maraqlıdır ki, final mərhələsində İspaniya və Xorvatiya eyni qrupda yer alıblar. Bu komandalar arasında sentyabrın 8-də, Riqa Arenda keçirilmiş oyunda ispanlar 3:0 hesabı ilə qələbə qazanıb.