XƏBƏRLƏR
-
Millimiz 29-cu pillədədir
FİFA futzal üzrə milli komandaların reytinq cədvəlini açıqlayıb. Siyahıda Azərbaycan millisi 1139.28 xalla 29-cü pillədə yer alıb. Braziliya, Portuqaliya və İspaniya "ilk 3-lük"də qərarlaşıb.
-
Kubok öncəsi kapitanlardan iddialı açıqlama
Sabah keçiriləcək Azərbaycan kubokunun final matçı ilə futzal üzrə 2023-2024-cü il mövsümünə yekun vurulacaq. Həlledici oyunda son çempion “Araz-Naxçıvan”la kubokun ötənilki qalibi, cari çempionatı ikinci pillədə başa vuran “Baku Fire” üz-üzə gələcək. Yeri gəlmişkən, “Baku Fire” ölkə kubokunu ilk dəfə 2023-cü ildə başı üzərinə qaldırıbsa, yarışın 5 qat qalibi “Araz-Naxçıvan” bu sevinci sönuncu dəfə 2008-09-cü il mövsümünün yekununda yaşayıb. Yüksək Liqanın qızıl və gümüş medalçıları bu dəfə ölkə kubokunun final matçında medalların əyyarını necə müəyyənləşdirəcəklər? Bu dəfə qızıl medalları hansı komanda üzvləri boyunlarından asacaq, kuboku başı üzərinə qaldıracaq?
-
YL, XX tur: Araz-Naxçıvan - U-19 (fotoreportaj)
-
Yüksək Liqanın mükafatlandırılması (video)
-
İntizam Komitəsinin qərarları
-
Birinci Liqa, mükafatlandırma: Fotoreportaj
-
Azərbaycan kuboku, final: Təyinatlar
Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb. Matçı FİFA referiləri idarə edəcək.
-
“Bakı” Birinci Liqanın qalibi oldu
Birinci Liqada XXII turun oyunları keçirilib. Mövsümün son turunun matçları həm də qalibin və digər medalçıların adlarına aydınlıq gətirəcəkdi. Ötən həftə turnir cədvəlinin zirvəsinə yüksələn “Bakı” son dueldən də böyükhesablı qələbə ilə ayrılmaqla qızıl medallara sahib çıxıb. PFL və “Baku Fire-2” müvafiq olaraq gümüş və bürünc medalları qazanıb.
Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə “Xan-Lənkəran” – PFL matçın hakim-inspektoru Azad Hüseynov və hakimləri – Əli Cəbrayılov, Ceyhun Hüseynov və Hidayət Feyzullayevə diplomlar təqdim olunub. PFL-dən Nicat Qafarlı ən yaxşı oyunçu, “Bakı”dan Elmar Qasımov ən yaxşı qapıçı, Tahir Məcidov (Baku Fire-2) ən yaxşı baş məşqçi seçilib. 62 qol vuran Emin Cəbrayılov (“Şuşa”) yarışın ən məhsuldar oyunçusu olub. Federasiyanın əməkdaşları Xosrov Məmmədov və Həsən Əliyev tərəfindən “Baku Fire-2”yə bürünc, PFL-ə gümüş, “Bakı”ya qızıl medallar və çempionluq kuboku təqdim edilib.