Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveç və aprelin 15-də Bakıda Xorvatiya yığmaları ilə qarşılaşacaq Azərbaycan millisi dünəndən təlim-məşq toplanışına başlayıb.
İlkin açıqlanan heyətdə 3 dəyişiklik edilib. Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə, Rövşən Hüseynli isə baş məşqçinin qərarı ilə toplanışdan kənarlaşdırılıb. Əvəzində Vitali Borisov “Neftçi” İK-dan qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.
Qeyd edək ki, aprelin 8-dək Bakıda məşq edəcək komandamız ertəsi gün İsveçə yola düşəcək.