AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
XƏBƏRLƏR
Qonaqların qələbə günü
Bu gün Yüksək Liqada VII turun oyunları keçirilib. Olimpik Starda əvvəlcə autsayder “Yasamal Bakı” ilə “Araz-Naxçıvan” üz-üzə gəlib. “Qırmızı-ağlar” üçün məşq xarakteri daşıyan oyuna komandanı baş məşqçi kimi Ağakərim Həsənov çıxarmışdı. Son çempion fasiləyə qədər rəqib qapısından 15 cavabsız top keçirib. Hücumlarını ikinci hissədə də davam etdirən “Araz-Naxçıvan” böyükhesablı qələbəyə sevinib. Matçın gedişində hər iki komanda meydanda azlıqda qalıb. “Araz-Naxçıvan”dan Xəzər Ağalızadə, “Yasamal Bakı”dan isə Anar İsayev qırmızı vərəqə alaraq meydanı erkən tərk edib. Turun ikinci qarşılaşmasını mərkəzi oyun da adlandırmaq olardı. Hesabı lider açsa da, 13-cü dəqiqədə status-kvo bərpa olunub. Amma bu uzun çəkməyib. Çempionluq uğrunda yarışan “narıncılar” ardıcıl qollar vurmaqla üstünlük qazanıb və xal ehtiyatını artırıb. Son matçda da sensasiya baş verməyib. U-19 müqavimət göstərməyə çalışsa da, təcrübəli futzalçılardan qurulan “Neftçi” böyükhesablı qələbəsini təmin edib.
Bu gün Yüksək Liqa, VII tur
Bu gün Yüksək Liqada VII turun oyunları keçiriləcək. Milli komandanın rəsmi matçı ilə əlaqədar yaranmış fasilədən sonra komandalar Olimpik Starda üz-üzə gələcəklər.
“Təəssüf ki, epizodları realizə edə bilmədik”
Avropa çempionatının əsas mərhələsində mübarizəyə başlayan Azərbaycan millisi İsveçlə heç-heçə etməklə ilk xalını qazanıb. Oyunla bağlı komandamızın üzvü Ülvi Əliyev azfutzal.az-a bunları deyib:
Yüksək Liqa, VII tur: Oyun cədvəli
Yüksək Liqada VII turun oyun cədvəli açıqlanıb. Turun görüşləri dekabrın 21-də Olimpik Starda keçiriləcək.
Azərbaycan - İsveç 3:3 (qollar)
Azərbaycan - İsveç (fotoreportaj)
“Bu oyunda qələbəyə layiq idik”
Bu gün AVRO-2026-nın əsas mərhələsi çərçivəsində ilk oyununu keçirən Azərbaycan millisi İsveçlə heç-heçə edib. Oyundan sonra millimizin baş məşqçisi Vitali Borisov jurnalistlərin suallarını cavablandırıb:
Millimiz heç-heçə ilə başladı
Bu gün AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Azərbaycan millisi ilk oyununu keçirib. Komandamız Bakı idman Sarayında İsveçlə qarşılaşıb. Oyuna fəal başlayan millimiz 2-ci dəqiqədə hesabı açıb. Oktay Rüstəmli rəqib torunu silkələyib. Fasiləyə qədər skandinavlar tablodakı rəqəmlərə tarazlıq gətirdi. Elə komandalar fasiləyə sülhlə yollandı. İkinci hissəyə də millimiz fəal başladı. Bu dəfə Xəzər Ağalızadə fərqlənməklə komandamıza yenidən üstünlük qazandırdı. 25-ci dəqiqədə isə Tofiq Mikayılovun müdafiənin arxasına ötürməsini Emil Həsənzadə əla ram edib çərçivəyə istiqamətləndirsə də, yolüstü qapıçının toxunduğu “yuvarlaq meşin” dirəyə dəyib geri qayıtdı. 27-ci dəqiqədə Oktayın dubl etməsi üçün azacıq dəqiqlik çatmadı. Əvəzində 34 və 38-ci dəqiqələrdə qonaqlar ardıcıl 2 qol vurdu və matçda ilk dəfə hesabda önə keçdi. Sona 2 saniyə qalmış Oktay Rüstəmli hesabı bərabərləşdirməklə komandamıza ilk xalı qazandırdı.
BİRİNCİ
‹
64
65
66
67
68
69
70
71
72
73
74
›
SONUNCU