...

Liderin ilk yenilgisi


Bu gün Yüksək Liqada III dövrənin oyunları keçirilib. XI turun ilk matçında lider “Baku Fire” və ikinci pillədə qərarlaşan “Araz-Naxçıvan” üz-üzə gəlib. CBC Sport-la canlı yayımlanan oyunu prinsipial edən məqamlardan biri də Yüksək Liqanın cari mövsümündə “Araz-Naxçıvan”ın rəqibini məğlub edə bilməməsi və turnir cədvəlində ondan geri qalmasıdır. Tərəflərin daha çox ehtiyatlı oyuna üstünlük verdiyi birinci hissədə hesab açılmadı. Düzdür, “Baku Fire” qol vurdu, amma hakim qayda pozuntusu qeydə alaraq, cərimə zərbəsi təyin etdi. İkinci hissədə “Araz-Naxçıvan” sükutu pozdu. Adamov rəqib qapısına yol tapmaqla oyunun da taleyini həll etdi. Onu da qeyd edək ki, bu, liderin cari mövsümdə ilk yenilgisi idi. “Neftçi” də “Baku Fire”in büdrəməsindən istifadə edib. Nominal qonaqlar ən yaxın izləyicisi ilə matçda inamlı qələbə qazanıb. Fasiləyə hesabda 4:1 üstün yollanan “Neftçi” ikinci hissədə də fərqi artırmağı bacardıb. Tura U-19-la “Yasamal Bakı” dueli ilə yekun vurulub. Hesabı autseyder açsa da, gənclərin cavabı ardıcıl qollarla gəlib. Yekunda qələbə qazanan milli xal ehtiyatını 9-a çatdırıb.

Baku Fire – Araz-Naxçıvan (0:0) 0:1

20 fevral. Bakı İdman Sarayı. Saat 14:00

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, İmran Məhərrəmov

Hakim-inspektor: Azad Hüseynov

Qollar: Roman Adamov, 22:17

Sarı vərəqələr: Fərid Ələkbərov, 13:37, Murad Quluzadə, 17:24 // Ülvi Əliyev, 5:16, Roman Adamov, 13:13, Amirhossein Rasouli, 18:38

 

Şuşa – Neftçi İK (1:4) 1:7

20 fevral. Bakı İdman Sarayı. Saat 16:00

Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Anar Fərəcov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qollar: Rüstəm Bağırov, 16:00 // Mortoza Haydari, 7:01, 19:14, Fərid Atakişiyev, 14:26, 34:32, Abdul Qafar, 18:33, 24:12, 39:18

Sarı vərəqələr: Sadegh Javid, 11:43, Aidar Turarov, 25:14 // Xətai Bağırov, 4:36, Eldar Zeynalov, 22:10, Mirzə Əmirov, 39:04

Qırmızı vərəqə: Sadegh Javid, 19:13 (ikinci sari vərəqə)

 

U-19 – Yasamal Bakı (4:1) 7:1

20 fevral. Bakı İdman Sarayı. Saat 18:00

Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Ədalət Ələkbərov, 9:53, 15:05, 37:16, Oqtay Mahmudzadə, 10:33, Rəvan Məşiyev, 12:57, Ümid Qəhrəmanov, 27:09, Rəvan Quliyev, 31:57 // Anar İsayev, 8:14

Sarı vərəqələr: Rəvan Məşiyev, 2:10, Oqtay Mahmudzadə, 10:49 // İmaməli Hüseynov, 10:32, Ceyhun Nağıyev, 31:57

Qırmızı vərəqə: İmaməli Hüseynov, 15:04 (ikinci sari vərəqə), Elçin Məmmədov, 39:31