XƏBƏRLƏR
-
Yüksək Liqa, V tur: Oyun cədvəli
Yüksək Liqada V turun oyun cədvəli açıqlanıb:
-
Bir oyun təxirə salınıb
-
Qarabağ derbisini “Şuşa” qazandı
Bu gün keçirilmiş 3 oyunla Birinci Liqada III tura yekun vuruldu. Günə Qarabağ derbisi ilə start verildi. Daha geniş və təcrübəli futzalçılardan qurulmuş “Şuşa” oyunun gedişində hesabda geri düşsə də, yekunda qələbə qazanan tərəf oldu. “Metropoliten”lə oyunda isə “Ulduz”un ulduzu parıldamadı. Turun son oyunu da kifayət qədər gərgin keçdi. Zirvəyə iddialı iki komandanın duelində topa nəzarət edən tərəf “azarkeş qrupu” olsa da, ilk qolu “Alyans Qrup”dan Eldost Paşayev vurdu. Təzyiqi bir qədər də artıran “Forza Neftçi” Vüsal İsayevlə status-kvonu bərpa etdi. “Alyans Qrup” da rəqibini əks-hücumlarda yaxalamağa çalışırdı. Epizodların birində top dirəkdən geri döndü. İkinci hissədə İsayev növbəti qolunu vurdu. Cosqun Süleymanovun qolu isə cütün taleyini həll etdi.
-
“Alyans” (Lənkəran) ilk qələbəsini qazandı
Bu gün Yüksək Liqanın IV turunun oyunları keçirildi. Ilk matça nominal meydan sahibləri ciddi itkilərlə çıxmışdı. Belə ki, “Record club.az”ın iranlı legionerlərindən beşi bu dueldə istirak etmirdi. “Neftçi”də də itkilər var idi. Elnur Zamanov və Rüfət Balakişiyev komandasına kömək edə bilmirdi. Oyunda hesabı nominal qonaqlar açdı. 10-cu dəqiqədə Oruc cərimə zərbəsindən topu birbaşa qapıya istiqamətləndirməklə hesabdakı tarazlığı komandasının xeyrinə dəyişdi. Buna qədər ciddi itkilərə rəğmən meydan sahibləri pis təsir bağışlamırdı. Fasiləyə qədər “Neftçi” daha 3 qol vurduğu halda, “Record club.az” cəmi 1 dəfə rəqib qapısına yol tapdı. İkinci hissəyə meydan sahibləri qolla başladı. Jafari fərqi 2 topa endirdi. Adilin qoluna cavab yenə Jafaridən gəldi. Bu, həm də oyunda vurulan son qol oldu.
Turun ikinci oyununda hesab erkən açıldı. 25-ci saniyədə Lənkəran təmsilçisi millinin qapıçısını məyus etdi. 6-cı dəqiqədə Məhəmməd Abbasov çətin olanı etdi – topu auta vurdu. Ondan fərqli təcrübəli Oqtay Rüstəmli çətin vəziyyətdə olmasına rəğmən, fərqi 2 topa çatdırmağı bacardı. 10-cu dəqiqədə Xəzər Ağalızadənin penalti zərbəsini İsmayılov qaytarmaqla hesabın dəyişməsinə imkan vermədi. Ağalızadə 1 dəqiqə sonra “günah”ını yudu və İsmayılovu topu tordan çıxarmağa məcbur etdi. Ardıcıl hücumlar quran “milli”dən Nurlanın qolu isə status-kvonu bərpa etdi və komandalar fasiləyə bu hesabla yollandı. İkinci hissə qarşılıqlı qollarla başladı. Fuad Məmmədzadə ilk dəfə komandasını oyun ərzində hesabda önə keçirsə də, Tofiq dərhal bərabərlik qolunu vurdu. 36-cı dəqiqədə isə əyalət təmsilçisi İlham Allahverdiyevin zərbəsi sayəsində hesabda önə keçdi. Növbəti qol isə Tofiq Məlikovdan gəldi. Xəzərin dublu sayəsində 1 xal qazanmağa yaxın olan U-19 sona 10 saniyə qalmış Rüstəmlinin qələbə topunu vurmağına mane ola bilmədi. Nəticədə Yüksək Liqanın debütantı olan Lənkəran təmsilçisi mövsümdə ilk qələbəsini qazandı.
Turun mərkəzi oyununa komandalar tam heyətlə çıxmışdılar. Legionersiz keçirilən matçda hesabı Samir Həmzəyev açdı. “10 nömrə” cinahdan keçidini uzaq küncə “sancmaq”la yekunlaşdırdı. Ələkbərov isə fərqi iki topa çatdırdı. Fasiləyə qədər daha 2 qol vuran lider ikinci hissədə fərqi artırmağı bacardı. Ələkbərov bu oyunun bombardiri oldu.
Debütantla son çempionun qarşılaşması sürprizlə əlamətdar oldu. 7-ci dəqiqədə cərimə zərbəsini birbaşa qapıya yönləndirən Fərid Səmədzadə komandasını hesabda önə keçirdi. Yeri gəlmişkən, Rizvan Fərzəliyev və Ramiz Çovdarov zədəli olduğuna görə oyunda iştirak etmirdi. 12-ci dəqiqədə Alesionun yetirmələri meydanda azlıqda qaldı. Bu dəfə İsa Atayev perspektivli hücumun qarşısını kəsdiyinə görə ikinci sarı-qırmızı vərəqə alaraq meydanı erkən tərk etdi. Azlıqda qalan “Xilə”nin fərqi artıracağı gözlənilirdisə, hadisələr əksinə cərəyan etdi. Üç meydan oyunçusu ilə meydan sahiblərindən əvvəlcə David bərabərlik qolunu vurdu, sonra Felipinyo hesabı komandasının xeyrinə dəyişdi. Brailiyalılar fasiləyə qədər daha 2 top vurmaqla istirahətə 3 top fərqi ilə yollandı. Onu da qeyd edək ki, İsaq Surğalı birinci hissədə zədələndi və oyunu davam etdirə bilmədi. Beləliklə “Araz-Naxçıvan” Çempionlar Liqasına major notlarla yollanır.
-
Oyunlar Olimpik Starda keçiriləcək
İkinci Liqanın III turunun oyunlarının keçirilmə yeri dəyişdirilib. Turun bütün qarşılaşmaları oktyabrın 24-də Olimpik Starda keçiriləcək.
-
İntizam Komitəsinin qərarları
AFFA İntizam Komitəsinin qərarları:
-
Bu gün: Yüksək Liqa, IV tur
Bu gün Yüksək Liqanın IV turunun oyunları keçiriləcək. Lider EKOL medallara iddialı “Baku Fire” ilə üz-üzə gələcək. Sırf yerli və təcrübəli futzalçılardan qurulmuş komandaların dueli kifayət qədər maraqlı alınacaq. Mövsümə yaxşı başlamayan və keçirdiyi 3 oyundan yalnız birində qələbə qazanan “Neftçi” isə əsasən legionerlərdən ibarət “Record club.az”la qarşılaşacaq. Mövsümün xal qazana bilməyən iki debütantının oyunu da maraqlı olacaq. Son çempion “Araz-Naxçıvan” isə UEFA Çempionlar Liqası öncəsi “Xilə”ni sınağa çəkəcək. Bütün oyunlar Olimpik Starda keçiriləcək və azarkeşlər üçün qapalıdır.
-
Ata-oğul da “Star Karqo”ya kömək edə bilmədi
Bu gün Olimpik Starda Birinci Liqanın III turunun 4 oyunu keçirilib. İlk oyunda fasiləyə qədər qapılara yol tapmaq mümkün olmayıb. İkinci hissədə PASO ik idəfə hesabda önə keçsə də, qələbəni “Yasamal” İSK bayram edib. İkinci oyunda gənclərdən ibarət “Baku Fire-2” ilk hissədə rəqib qapısından 3 cavabsız top keçirib. İkinci hissədə də eyni sayda qol vuran Teymur Eyvazovun yetirmələri iki dəfə meydanın mərkəzinə dəvət olunub.
ADBTİA – Star karqo ilə oyunda maraqlı məqam ata və oğul – Rüfət və Tofiq Hüseynovların ikincilərin heyətində yer alması idi. Elə Tofiqin vurduğu birinci qolun ötürməsini də məhz atası vermişdi. Amma “idmançılar”ı ram etmək mümkün olmadı.
Günün son duelində iddialı “Standard” “Zəngilan”a sensasiya etməyə imkan vermədi və böyükhesablı qələbə qazandı.