XƏBƏRLƏR
-
Klubların sayı 99 oldu
Oktyabrın 1-də keçirilən Yüksək Liqanın I turunda 3 komanda debüt edib. Belə ki, “Xilə”, U-19 və “Alyans” ilk dəfə bu liqada oyun keçiriblər. Bununla da Yüksək Liqada indiyə qədər iştirak etmiş komandaların sayı 99-a yüksəlib. Buna qədər 96 komanda ölkənin ən güclü futsal liqasında meydana çıxıb.
-
İL, I tur: Oyun cədvəli
İkinci Liqada I turun oyun cədvəli açıqlanıb. Oktyabrın 10-da oyunlar Olimpik Starda keçiriləcək.
-
Yubiley oyununda məğlubiyyət
Yüksək Liqanın I turunda “Araz-Naxçıvan”la qarşılaşan “Record club.az” 20-ci oyununu keçirib. Bu klub buna qədər 4 qələbə qazanıb, 2 heç-heçə etmiş, 13 matçda isə yenilmişdi. “Araz-Naxçıvan”la matçdakı yenilgi isə Yüksək Liqada yubiley-20-ci dueldə 14-cü məğlubiyyət oldu. Komanda ümumilikdə 59 qol vurub, 110- top isə buraxıb.
-
YL, II tur: Oyun cədvəli
Yüksək Liqada II turun oyun cədvəli açıqlanıb. Oktyabrın 8-də keçiriləcək turun qarşılaşmaları Olimpik Starda təşkil olunacaq.
-
Record club.az - Araz-Naxçıvan: Qollar (video)
-
BL, I tur: Oyun cədvəli
Birinci Liqada I turun oyun cədvəli açıqlanıb. İki gün davam edəcək turun bütün matçları Olimpik Starda keçiriləcək.
-
“Neftçi” İK üçün yubiley oyunu
Xəbər verdiyimiz kimi, oktyabrın 1-də Yüksək Liqada 28-ci çempionata start verilib. Yeni mövsümün açılış oyunu “Neftçi” İK üçün də əlamətdar olub. Belə ki, paytaxt təmsilçisi liqada sayca 260-cı oyununa çıxıb. Buna qədər 259 qarşılaşmada iştirak etmiş “Neftçi” İK 1799 qol vurub. Komandanın yeni transferi Məhəmməd Bədəlbəylinin vurduğu qol 1800-cü olub.
-
Qonaqların turu...
Bu gün Yüksək Liqada 2021-2022-ci il mövsümünə start verildi. Əvvəlcə dövlət himni səsləndirildi, daha sonra Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Turun ilk oyununda əzəli rəqiblər – “Neftçi” İK və EKOL üz-üzə gəldi. Namiq Məmmədkərimov “Neftçi”nin qapısına yol tapmaqla həm komandasına üstünlük qazandırdı, həm də mövsümün ilk qolunu vurdu. İlk dubl Faiq Əliyevin, het-trik isə Fərid Atakişiyevin ayağına yazıldı. Fasiləyə qədər daha 4 dəfə fərqlənən “yaşıllar” ikinci hissədə də üstünlüyünü davam etdirdi. Nəticədə komanda böyükhesablı qələbə qazandı.
Mərkəzi oyunda isə hesabı nominal meydan sahibləri açdı. CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanan qarşılaşmada Matin Gahremani Hüseynlinin qoruduğu qapıya yol tapdı. Cavab özünü çox gözlətmədi. Millinin də formasını geyinən Ramiz Çovdarov baxımlı qola imza atmaqla hesaba da tarazlıq gətirdi. 15-ci dəqiqədə Felipinyo penlti zərbəsini qola çevirə bilmədi. Bu dəfə qapıçı topu geri qaytardı.
İkinci hissədə Maneka hesabı “Araz-Naxçıvan”ın xeyrinə dəyişsə də, nominal meydan sahibləri cəmi 2 dəqiqə sonra cərimə zərbəsindən status-kvonu bərpa etdi. Braziliyalı forvard 35-ci dəqiqədə yenidən tarazlığı pozdu. Oyunda son qolu Ramiz Çovdarov vurdu. Çoxgedişli kombinasiyanı özü tamamlayan “7 nömrə” qələbəni təmin etdi.
Debütan “Alyans”la təcrübəlilərdən qurulmuş “Baku Fire”in dueli isə bol qollu oldu. Fasiləyə qədər tərəflər birlikdə 7 dəfə torun qapısını silkələdisə, ikinci hissədə bu göstərici 11-ə çatdı.
Onu da qeyd edək ki, Lənkəran təmsilçisi bu matçda İrandan dəvət etdiyi legionerlərdən bir neçəsinin xidmətindən istifadə edə bilmirdi.
Günün son matçında iki debütant gücünü sınadı. U-19 fasiləyə minimal hesablı qələbə ilə yollandı. Amma ikinci hissədə Tofiq Əliyev tablodakı rəqəmləri eyniləşdirdi. Sonrakı dəqiqlərdə “Xilə” qolları sıraladı. Ümumiyyətlə, Əliyevin het-triki komandasının qələbə qazanmasında əsas rol oynadı.
Qeyd edək ki, II turun oyunları oktyabrın 8-də keçiriləcək.