XƏBƏRLƏR
-
YL, VI: Yasamal İSK - Record club (fotoreportaj)
-
Birinci Liqa, XI tur: Təyinatlar
Birinci Liqada XI turun oyunlarına təyinatlar açıqlanıb:
-
Liderdən və EKOL-dan çətin qələbə
Bu gün Yüksək Liqada VI turun oyunları keçirildi. Açılış qarşılaşmasında buna matça qədər keçirdiyi oyunları xalsız başa vuran iki komanda qarşılaşdı. Daha sürətli başlayan “Record club” tezliklə hesabı açdı. Əsasını iranlı legionerlər təşkil edən debütant 4-cü dəqiqədə ikinci dəfə rəqib torunu silkələdi. Sonrakı dəqiqələrdə də qollar sıralandı. İkinci hissədə hesabdakı üstünlüyünü bir qədər də artıran debütant mövsümdə ilk qələbəsini qazandı.
İkinci oyunda iki iddialı komanda qarşılaşdı. Düzdü, “Marafon” mövsümə heç də yaxşı başlamayıb. Komanda 4 oyunun tən yarısında məğlub olub. Amma təcrübəli futzalçılardan qurulması “Marafon”un üst sıralara iddialı olmasından xəbər verir. İlk 2 dəqiqə İlkinlə İsanın qarşılıqlı təhlükəli hücumları ilə yadda qaldı. Hadi Rezvanın 7-ci dəqiqədə çarpaz zərbəsini rəqib qapıçı zərərsizləşdirdi. Elə Asifin hesabı açmasına da qolkiper mane oldu. 8-ci dəqiqədə İlkinin aşırma zərbəsi qapının üstdən keçdi. Hissənin sonuna 3 dəqiqə qalmış “Marafon” azlıqda qaldı. Seymur Məmmədov ikinci sarı-qırmızı vərəqə aldı. Ancaq lider bu üstünlükdən istifadə edə bilmədi. Nəticədə komandalar fasiləyə qolsuz “sülh”lə yollandı. İkinci hissədə “Marafon” daha çox müdafiəyə diqqət yetirməklə əks-hücumlar qurmağa çalışırdı. Hesab isə 30-cu dəqiqədə açıldı. Rizavnın hava ilə asmasını Bağırov başqa qapıya istiqamətləndirdi. Həsənzadə topu geri qaytarsa da, Xətai təkrar zərbə ilə toru silkələdi. 32-ci dəqiqədə nominal qonaqların standart vəziyyətdən yerinə yetirdiyi “ev tapşırığı” zamanı Elşənin zərbəsi dirəyə tuş gəldi. Beləliklə gərgin keçən oyunda son çempion qalib gəldi.
“Bakı” – “Neftçi” görüşü də maraqlı alındı. Debütant liderlər qrupunda yer alan “Neftçi”yə çətin anlar yaşadıb. Komanda birinci hissədə iki dəfə hesabda önə keçib. Qapıçını meydan oyunçusu ilə əvəzləyən “Neftçi” fasiləyə 2:2 hesablı heç-heçə ilə yollanmağa nail olub. İkinci hissədə toparlanan “Neftçi” istəyinə çatdı. Debütanların duelində isə Quba təmsilçisi fasiləyə üstün yollandı. İkinci hissədə “Xızı Futzal” azlıqda qalsa da, rəqibi bundan yararlana bilmədi. Əvəzində hesab bərabərləşdi. Təzyiqi yenidən artıran əyalət təmsilçisi 2 ardıcıl qol vurmaqla mövsümdə 3-cü qələbəsini aktivinə yazdırdı.
Tura “Baku Fire” – EKOL qarşılaşması ilə yekun vuruldu. EKOL ardıcıl 2 qol vurmaqla üstünlük qazansa da, debütant fasiləyə qədər status-kvonu bərpa etməyi bacardı. Hətta Eyvazovun drujinası ikinci hissədə qələbə topunu vurmağa yaxın oldu. Qeyri-dəqiq zərbə və qapı dirəyi hesabın dəyişməsinə imkan vermədi. EKOL-da da analoji şanslar oldu. Xüsusilə də qapıçı Emin Kürdovun hücumda komandasına kömək etdiyi epizodda qapı dirəyini nişan alması yadda qaldı. Növbəti qolu isə iranlı legioner vurdu. Talebmohammad Arabpour komandasını büdrəməkdən xilas etdi.
-
“Normal qrupda yer almışıq”
Bu gün DÇ-2020-nin elit-raundunun püşkü atılıb. Millimiz yanvarın 27-dən fevralın 5-dək keçiriləcək oyunlarda Rusiya, Slovakiya və Xorvatiya ilə qarşılaşacaq. Oyunlar Xorvatiyada təşkil ediləcək. Püşklə bağlı Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva azfutzal.az saytına açıqlama verib:
-
Millinin rəqibləri müəyyənləşib
Bu gün final mərhələsi 2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib. Millimiz Rusiya, Xorvatiya və Slovakiya komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək.
Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. İkinci pillənin sahibləri isə pley-off oyunlarında üz-üzə gələcək. Qeyd edək ki, C qrupunda yer alan millimizin qrupunda ikinci pilləni tutacaq komanda D qrupunun ikincisi ilə üz-üzə gələcək. B qrupunun ikincisi isə A qrupunun ikincisi ilə gücünü sınayacaq. Qalib komandalar da həlledici mərhələyə yüksələcək.
Dünya çempionatının final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil ediləcək
-
Birinci Liqa: Sarı vərəqələr
Sabah Birinci Liqada XI turun oyunları keçiriləcək. Turdan əvvəl sarı vərəqələrin göstəricisi açıqlanıb. Dörd futzalçı turu buraxacaq:
-
Millinin rəqibləri bu gün müəyyənləşəcək
Bu gün saat 17:15-də İsveçrənin Nyon şəhərində DÇ-2020-nin elit-raundunun püşkü atılacaq. UEFA püşköncəsi komandaları səbətləri bölüb. Millimiz öz qrupunun ikinci komandası olacaq. Bu o deməkdir ki, komandamızla birgə qrupunun ikincisi olacaq İtaliya, Sloveniya, Serbiya rəqibimiz olmayacaq. Qrup birinciləri isə bu komandalar olacaq: İspaniya, Rusiya, Portuqaliya və Qazaxıstan.
Məlumat üçün qeyd edək ki, komandaları reytinq cədvəlindəki mövqeyinə uyğun olaraq bu cür təsnifatlandırılıblar. Elit-raundda iştirak edəcək 16 komada hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Hər qrupda əsas mərhələdə qrup qalibi olmuş 2, bir o qədər də ikinci pilləni turmuş komanda yer alacaq. Qrup qalibləri elit-raundun püşkü zamanı öz qruplarında 1-ci və 2-ci sırada, əsas mərhələnin “ikinciləri” isə 3-cü və 4-cü sırada qərarlaşacaq.
Elit-raundun oyunları 2020-ci il yanvarın 27-dən fevralın 5-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər. Final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”da, “Vilnüs Arena”da və “Klaipeda Arena”da keçiriləcək.
-
Bu gün, Yüksək Liqa:VI tur oyunları keçiriləcək
Bu gün Yüksək Liqada VI turun oyunları keçiriləcək. Tura iki xalsız komandanın dueli ilə start veriləcək. Mərkəzi oyunda isə lider “Araz”la “Marafon” üz-üzə gələcək.