AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
XƏBƏRLƏR
Slovakiya yığması ilə oyun üçün millinin heyəti
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb. Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq. Levice şəhərindəki “Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinha və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək. Buna görə də Joze Alesio Da Silva 3-ü qapıçı olmaqla bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək. Yüngül zədəsi olan Amir Şojaei baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinha və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir. Millinin səfər oyunu üçün heyətini diqqətinizə çatdırırıq. Qeyd edək ki, qarşılaşma aprelin 8-də, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.
“Əks təqdirdə, hamımız əsəbi, gərgin olacağıq”
Aprelin 8-də səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi məşqlərini Bakıda davam etdirir. Gündə bir dəfə məşq keçən komandanın üzvləri Bolinha və Eduardo Borges də hazırlığa qoşulub. Dünənki məşqdən sonra Edu hazırlıq və oyunla bağlı azfutzal.az-a bunları deyib:
“Yazmışdılar ki, Eskobar Medellini Rövşənə tapşırıb”
Son illərdə Azərbaycan milli komandasının parlayan ismi, azarkeşlərin hər oyundan sonra şəninə təriflər yazdırdığı qapıçı Rövşən Hüseynlinin doğum günüdür. 30 yaşını qeyd edən qolkiperlə tarixi vərəqləməyə çalışdıq.
"Hər iki görüşdən itkisiz ayrılmalıyıq ki..."
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb. Komanda gündə bir dəfə olmaqla məşqlərini Bakı İdman Sarayında həyata keçirir. Hazırda baş məşqçi Joze Alesio Da Silvan tam heyətə tapşırıqlarını verə bilmir. Karyerasını ölkə xaricində davam etdirən milli üzvləri məşqlərə sabah qoşulacaq.
Millinin iki oyun üçün heyəti
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də səfərdə Slovakiya, aprelin 14-də isə Bakı İdman Sarayında Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb. Aprelin 5-dək Bakıda məşq edəcək millimiz aprelin 6-dan 10-dək hazırlığını Slovakiyanın Levice şəhərində davam etdirəcək. Slovakiya yığması ilə qarşılaşmanın ertəsi gün Bakıya dönəcək komandamız Yunanıstanla qarşılaşmaya hazırlaşacaq.
“Məsələni Slovakiyada həll etmək istəyirik”
Avropa çempionatının növbəti oyununda Slovakiya yığması ilə qarşılaşacaq millimiz hazırlığını gündə bir dəfə məşq etməklə davam etdirir. Zədəli olduğuna görə Moldova ilə qarşılaşmanı buraxan Emin Kürdov da məşqlərə qatılıb. Qolkiper azfutzal.az-a açıqlamasında zədəsini sağaltdığını qeyd edib:
Slovakiya – Azərbaycan: Hakimlər
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki idman zalında keçiriləcək Slovakiya – Azərbaycan oyununun hakimləri müəyyənləşib. Görüşü Finlandiyadan olan Kirill Naishouler və Arttu Kyynaeraeinen idarə edəcək. Üçüncü hakim Martin Matula, timekeeper Miroslav Jezik olacaq. Hər ikisi Slovakiyadandır. Qarşılaşmanın hakim-inspektoru funksiyasını Perry Gautier yerinə yetirəcək.
Hakimlərimizə beynəlxalq təyinat
BİRİNCİ
‹
370
371
372
373
374
375
376
377
378
379
380
›
SONUNCU