XƏBƏRLƏR
-
AÇ-2022-yə record iştirakçı ilə
Noyabrın 7-də, saat 16:30-da İsveçrənin Nyon şəhərində AÇ-2022-nin püşkatma mərasimi keçiriləcək. Bu dəfə rekord sayda iştirakçı ilə mübarizəyə start veriləcək. Belə ki, 50 ölkənin milli assosiasiyası yarışa qatılmaqla bağlı müraciət edib. Bu iştirakçılardan 33-çü ilkin mərhələnin oyunlarında iştirak edəcəklər. DÇ-2020-nin elit-raundunda iştirak edən 16 komanda – Azərbaycan, Belarus, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna - qrup, AÇ-2022-yə evsahibliyi edəcək Niderland isə final mərhələsində mübarizəyə qoşulacaq.
Xəbər verdiyimiz kimi, AÇ-2022-nin seçmə oyunları yeni formatda keçiriləcək. İlkin mərhələdə (mini-turnir) 33 komanda 9 qrupa bölünəcək. Qruplardan 6-da 4, 3-də isə 3 iştirakçı olacaq. Gələn il yanvarın 29-dan fevralın 1-dək keçiriləcək matçlarda qaliblər qrup oyunlarına vəsiqə qazanacaq. İkinci pillənin sahibi olacaq 9 qrup ikincisi və ən yaxşı göstəriciyə malik 5 “üçüncü” pley-off oyunlarında iştirak edəcək. Pley-off oyunları ev və səfər prinsipi ilə keçiriləcək. Onu da qeyd edək ki, komandalar oktyabrın 28-də açıqlanmış reytinq cədvəlinə uyğun bölünüblər. Avstriya və Şimali İrlandiya debüt edəcək. Final mərhələsində isə ilk dəfə olaraq 16 komanda iştirak edəcək. Yeniliklərdən biri də millimizin də mübrizəyə başladığı ikinci qrup mərhələsinin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. 2021-ci ilin fevral, aprel və sentyabr aylarında komandalar hərəyə iki oyun keçirəcəklər. Bu mərhələdə hər qrupda 4 iştirakçı yer alacaq. İlkin mərhələnin səbətlərini diqqətinizə çatdırırıq:
-
Elit-raund öncəsi səbətlər
Xəbər verdiyimiz kimi, DÇ-2020-nin elit-raundunun püşkü noyabrın 7-də, saat 17:15-də İsveçrənin Nyon şəhərində atılacaq. UEFA püşköncəsi komandaları səbətləri bölüb. Millimiz öz qrupunun ikinci komandası olacaq. Bu o deməkdir ki, komandamızla birgə qrupunun ikincisi olacaq İtaliya, Sloveniya, Serbiya rəqibimiz olmayacaq. Qrup birinciləri isə bu komandalar olacaq: İspaniya, Rusiya, Portuqaliya və Qazaxıstan.
Məlumat üçün qeyd edək ki, komandaları reytinq cədvəlindəki mövqeyinə uyğun olaraq bu cür təsnifatlandırılıblar. Elit-raundda iştirak edəcək 16 komada hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Hər qrupda əsas mərhələdə qrup qalibi olmuş 2, bir o qədər də ikinci pilləni turmuş komanda yer alacaq. Qrup qalibləri elit-raundun püşkü zamanı öz qruplarında 1-ci və 2-ci sırada, əsas mərhələnin “ikinciləri” isə 3-cü və 4-cü sırada qərarlaşacaq.
Elit-raundun oyunları 2020-ci il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər. Final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”da, “Vilnüs Arena”da və “Klaipeda Arena”da keçiriləcək.
-
Birinci Liqa: Sarı vərəqələr
Bu gün Birinci Liqada IX turun oyunları keçiriləcək Turdan əvvəl sarı vərəqələrin göstəricisi belədir:
-
Qələbəyə aparan 19 saniyə....
Bu gün Yüksək Liqada V turun oyunları keçirildi. Olimpik Starda əvvəlcə “Yasamal derbisi” baş tutdu. Oyuna yaxşı başlayan “Yasamal” İSK ardıcıl 2 qol vursa da, fasiləyə qədər üstünlüyünü qoruya bilmədi. Əksinə, “Xızı Futzal” hesabı lehinə çevirdi, bu azmış kimi rəqibin bir oyunçusu da qırmızı vərəqə ilə cəzalandırılıb. İkinci hissədə hesabı bərabərləşdirən nominal qonaqlar hətta hesabda önə keçdi. Ancaq son 19 saniyədə 2 qol vuran Cavid Taleb komandasına qələbə qazandırdı. Turun növbəti oyununda isə maksimum xalla liderin şəriki olan “Neftçi” və “Baku Fire” üz-üzə gəldi. Son çempion isə debütantla qarşılaşdı. Təcrübəli “Araz” Quba təmsilçisi ilə duelin taleyini birinci hissədə həll etdi. İkinci hissə daha çox sarı vərəqələrin sıralanması ilə əlamətdar oldu. EKOL-la “Record club”un duelini də Yüksək Liqanın təcrübəli komandası qazandı. Fasiləyə qədər 2 top vuran “yaşıllar” ikinci hissədə də bir o qədər fərqləndi. Rəqib isə daha çox qol vurdu. Amma bu məğlubiyyətdən qaçmağa yetmədi. Yeri gəlmişkən, noyabrın 1-də subaylığın daşını atacaq EKOL-un üzvü Fərid Atakişiyev də komandasını meydanda yalqız buraxmamışdı. Komanda yoldaşları da bu qələbəni ona hədiyyət etdilər. Turun son görüşündə “Marafon” “Bakı” TFK-nı sınağa çəkdi. Ardıcıl qollar vuran nominal meydan sahibləri rəqibin şanslarını boşa verməsi sayəsində fasiləyə 2 top fərqi ilə üstün yollandı. İkinci hissədə daha gərgin keçib. Hətta “Bakı” TFK fərqi minimuma endirməyə imkan tapdı. Amma gücü tükənən “tələbələr” sonrakı dəqiqələrdə fərqin artmasına mane ola bilmədi.
-
Bu gün: Yüksək Liqa, V tur
Bu gün Yüksək Liqada V turun oyunları keçiriləcək:
-
“Çinar Cəbrayıl”dan sürpriz qələbə
Birinci Liqada VIII tura yekun vurulub. Günün ilk oyununda gənclərdən qurulmuş iki komanda U-19 və “Baku Fire-2” üz-üzə gəlib. Şanslarından düzgün istifadə edən U-19 turu 3 xalla qapayıb. “AjaxBaku” isə böyükhesablı qələbə ilə yadda qalıb. “Metropoliten” də həftəni 3 xalla başa vurub. Turun son görüşündə ADBTİA üst sıralarda qərarlaşmış "Star karqo"dan güclü olub.
-
İkinci Liqa, VIII tur: Oyun cədvəli və təyinatlar
İkinci Liqada VIII turun oyun cədvəli və təyinatlar açıqlanıb. Oyunlar noyabrın 3-də Olimpik Starda keçiriləcək:
-
İntizam Komitəsinin qərarları