AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
XƏBƏRLƏR
Slovakiya – Azərbaycan: Heyətlər
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 3-cü qrupda keçiriləcək Slovakiya – Azərbaycan oyunu üçün komandaların heyətləri açıqlanıb:
Bu gün saat 18:00: Slovakiya – Azərbaycan
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün səfərdə Slovakiya yığması ilə qarşılaşacaq. Levice şəhərindəki idman zalında keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Görüşü idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
Final Zadarda keçiriləcək
UEFA Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün final mərhələsinin keçiriləcəyi məkanı dəyişib. Oyunlar aprelin 28-dən martın 3-dək Xorvatiyanın Zadar şəhərindəki "Kreşimir Koşiç Arena"da keçiriləcək.
Millinin məşqi. Levice, Slovakiya (fotoreportj)
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sabah Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün görüşün keçiriləcəyi Levice İdman zalında oyunöncəsi son məşqini keçib. Məşqdən hazırlanmış fotoreportajı diqqətinizə çatdırırıq:
“Ona oynamağa imkan verməsək...”
Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu Slovakiya yığmasına qarşı keçirəcək Azərbaycan millisi dünən gec saatlarda Levice şəhərinə çatdı. Komandamız oyunöncəsi son məşqini bu gün yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 18:00) keçirəcək. Millinin üzvü Ramiz Çovdarov azfutzal.az-a açıqlamasında həm komandadakı ab-havanı dəyərləndirib, həm də rəqib haqda danışıb:
Millinin oyunu canlı yayımlanacaq
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya - Azərbaycan oyunu CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşma aprelin 8-də, Bakı vaxtı ilə saat 18:00-da Levice İdman Sarayında keçiriləcək.
Slovakiya – Azərbaycan: Statistika
Azərbaycan milli komandası seçmə turnirlərdə Slovakiya yığması ilə 7 dəfə qüvvəsini sınayıb. 1996, 2014, 2016 və 2022-ci illər Avropa çempionatlarının seçmə mərhələsi çərçivəsində keçirilən bu 7 görüşdən 4-də Azərbaycan, 1-də Slovakiya futzalçıları qalib gəlib, ikisi isə heç-heçə başa çatıb.
Slovakiya yığması ilə oyun üçün millinin heyəti
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb. Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq. Levice şəhərindəki “Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinha və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək. Buna görə də Joze Alesio Da Silva 3-ü qapıçı olmaqla bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək. Yüngül zədəsi olan Amir Şojaei baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinha və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir. Millinin səfər oyunu üçün heyətini diqqətinizə çatdırırıq. Qeyd edək ki, qarşılaşma aprelin 8-də, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.
BİRİNCİ
‹
379
380
381
382
383
384
385
386
387
388
389
›
SONUNCU