XƏBƏRLƏR
-
Millinin oyunu canlı yayımlanacaq
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da, Bakı İdman Sarayında, saat 18:00-da keçiriləcək Azərbaycan – Slovakiya oyunu CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
-
Elçin Səmədliyə növbəti təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.
-
KİV nümayəndələrinin nəzərinə!
Xəbər verdiyimiz kimi, futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da, Bakı İdman Sarayında Azərbaycan – Slovakiya oyunu keçiriləcək. COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, görüş azarkeşlər və KİV nümayəndələri üçün qapalı təşkil olunacaq.
-
Yunanıstan – Azərbaycan oyununun hakimləri
Fevralın 2-də Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Niderlanddan olan hakimlərə tapşırılıb. Duelin birinci hakimi İbrahim El Jilali, ikinci referisi isə Lars Van Leeuven olacaq. Üçüncü hakim və saniyəölçən isə yerli federasiyanı təmsil edəcək.
-
Millinin oyunu qadın hakimə tapşırıldı
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da, saat 18:00-da, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Slovakiya oyununun hakimləri müəyyənləşib. Qarşılaşmanı Rusiyadan olan hakimlər idarə edəcək. Matçın birinci hakimi İrina Velikanovadır. Digər xətdə isə Yuri Neverov iş başında olacaq. Üçüncü hakim funksiyasını həmyerlimiz Hikmət Qafarlı yerinə yetirəcək. Saniyəölçən isə Knyaz Əmiraslanov olacaq.
-
“Qələbə qazanmalıyıq ki...”
Yanvarın 18-dən etibarən təlim-məşq toplanışını Bakı İdman Sarayında davam etdirən Azərbaycan millisi əsasən fiziki çalışmalara üstünlük verir. 11 aydan sonra idman zalında 3 məşq keçən yığmamız yanvarın 29-da Slovakiya ilə qarşılaşacaq. Hazırlıqla bağlı azfutzal.az saytına açıqlama verən millinin kapitanı Rizvan Fərzəliyev qarşıya konkret məqsədin qoyulduğunu bildirdi:
-
20 Yanvar – Ümumxalq Hüzn Günüdür
-
AFFA-da görüş keçirilib
Ötən il sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən, rəşadətli Azərbaycan ordusunun parlaq qələbəsi ilə yekunlaşan Vətən müharibəsinin iştirakçısı, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov ilə bu gün AFFA-nın inzibati binasında görüş keçirilib. İcraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunması münasibətilə Mahal Məmmədovu bir daha təbrik edib.