Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.
İclasda yeni mövsümün başlanması, əsasnamənin hazırlanması, iştirakçı komandaların sayının dəqiqləşdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub. Qərara alınıb ki, Yüksək Liqada 2021-2022-ci il mövsümünə sentyabrın 9-da start verilsin.
Qeyd: Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı idmançılar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarına daxil ola biləcəklər.