XƏBƏRLƏR
-
Birinci Liqa, XXI tur (fotoreportaj)
-
“Baku Fire” itkisiz irəliləyir
Dünən və bu gün Birinci Liqada XXI turun oyunları keçirilib. Favoritlərin büdrəmədiyi turda bir duel - Standard – Sabunçu qarşılaşması ikincilərin təyin olunmuş vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. Məsələyə İntizam Komitəsinin iclasında baxılacaq. Nəticələri diqqətinizə çatdırırıq:
-
“Araz” cari mövsümdə ilk dəfə EKOL-u yendi
Bu gün Yüksək Liqada XXI turun oyunları keçirilib. Tura ilk “3-lüy”ü qapayan “Neftçi” ilə ortabablardan hessab edilən “Yasamal” MFK-nın dueli ilə start verilib. “Neftçi”nin ardıcıl hücumları hesabda da əksini tapıb. Nominal meydan sahibləri böyükhesablı qələbə qazanıb. Turun mərkəzi oyununda lider ən yaxın izləyicisi ilə qarşılaşıb. Cari mövsümdə “Araz”ın EKOL-u yenə bilməməsi isə oyuna əlavə maraq qatıb. Fəal başlayan “Araz” start fitindən cəmi 30 saniyə sonra hesabı açıb. İsa Atayev rəqib torunu silkələyib. Mohammadtaha isə 6-cı dəqiqədə 7 saniyə ərzində iki qol vurmaqla fərqi artırıb. Düzdü, Atakişiyev sonra “Araz”ın qapısına yol tapıb, amma lider fasiləyə qədər 2 topluq fərqi əldən verməyib. İkinci hissənin əvvəlində Ələkbərov fərqi minimuma endirib. EKOL sonra yenə qol vurub, lakin Fərizyev bu dəfə avtoqol müəllifi olub. Yeri gəlmişkən, oyunun gedişində “Araz” bir, EKOL isə iki üzvünü palyardəyişmə otağına erkən göndərmək məcburiyyətində qalıb. Turun və III dövrənin son oyunu Hadi Rezvanın 21 qol vurması və bombardirlik yarışında yenidən birinci sıraya yüksəlməsi ilə yadda qalıb.
-
İkinci Liqada 3 cəzalı
Sabah İkinci Liqada XXV turun oyunları keçiriləcək. Üç futzalçı sarı vərəqə limitini doldurduğuna görə, turu buraxacaq.
-
Azərbaycan kuboku, 1/8 final (video)
-
Azərbaycan kuboku, 1/8 final (fotoreportaj-2)
-
İkinci Liqa, XXV tur: Təyinatlar
İkinci Liqada XXV turun oyunlarına təyinatlar açıqlanıb. Martın 10-da Olimpik Starda keçiriləcək matçları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq: :
-
1/8 final mərhələsinə yekun vurulub
Bu gün keçirilmiş 3 oyunla Azərbaycan kubokunun 1\8 final mərhələsinə yekun vurulub. Günün ilk oyununda İkinci Liqa komandası Yüksək Liqanın autsayderlərindən olan “Liman”ı üstələyib. Onsuz da ehtiyat oyunçusu olmayan “Liman”dan Paşa Tanırverdiyev 35-ci dəiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda buraxıb.
İkinci oyunda “Neftçi” favorit idi. Elə Yüksək Liqa təmsilçisi ardıcıl 4 qol vurmaqla bunu sübut edib. Ancaq İkinci Liqanın bombardiri Muxtar Həsənovun 14-cü dəqiqədə aşırma zərbə ilə toru silkələməsi hətta rəqibin də alqışına səbəb olub. “Neftçi” ikinci hissədə fərqi artırıb və mərhələ adlayıb. Mərhələnin son oyunu da kifayət qədər gərgin keçib. “Yasamal” MFK hesabı açsa da, “Advokat” 10 metrlik cərimə zərbəsi ilə status-kvonu bərpa edib. Düzdü, Ceyhun Şirinli 2 dəqiqə sonra yenidən belə imkan əldə edib, amma qapıda dayanan Cahandost topu qaytarmağı bacarıb. Ehtimalların əksinə olaraq, yekunda qələbəni “Advokat” qazanıb. Böyükhesablı qələbə “vəkillər”ə mübarizəni davam etdirmək hüququ verib.