XƏBƏRLƏR
-
İntizam Komitəsinin qərarları
-
İkinci Liqa, XXIV tur: Oyun cədvəli
İkinci Liqada XXIV turun oyunları martın 3-də Bakı İdman Sarayında keçiriləcək.
-
Püşkatma mərasimi keçirilib (fotolar)
Bu gün Bakı İdman Sarayında ölkə kubokunun 1/8, 1/4 və ½ final mərhələsinin püşkatma mərasimi keçirilib. Əvvəlcədən də xəbər verdiyimiz kimi, bu mərhələdə Yüksək Liqanın 7, Birinci Liqanın 3, İkinci Liqanın 6 komandası mübarizə aparacaq. Püşkə əsasən Yüksək Liqa təmsilçiləri və aşağı liqa komandaları arasında mübarizəni davam etdirən ən titullu komanda “Obolon” reytinqlilər səbətində, digər 8 komanda isə onların rəqibi qismində səpələnib. 1/8 final mərhələsinin oyunları martın 5-də və 6-da Olimpik Starda keçiriləcək. Oyunların başlama vaxtı ilə bağlı məlumat veriləcək.
-
Birinci Liqa, XX tur: Oyun cədvəli
Birinci Liqada XX turun oyun cədvəli açıqlanıb. Avropa çempionatının əsas mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hazırlaşan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının ADBTİA-ı ilə oyunu təxirə salınıb. Qarşılaşmalar Bakı İdman Sarayında keçiriləcək:
-
Yüksək Liqa, XX tur: Oyun cədvəli
Yüksək Liqada XX turun oyun cədvəli açıqlanıb.
-
İlk “3-lük”də dəyişiklik olmadı
Bu gün İkinci Liqada XXIII turun oyunları keçirilib. Gənclərdən qurulmuş SAB-ın məğlubiyyəti davam edir. “Obolon” isə maksimum nəticə ilə irəliləyir. “Rəvan”ı bu dəfə autsayder büdrədib. “Mübariz” isə qış fasiləsindən sonra ikinci qələbəsinə sevinib. “Bədr FK Xocalı” – “Hövsan” matçından öncə isə hər iki komanda meydana “Xocalını unutmadıq!” pankartı ilə çıxıb. Dueli isə “Hövsan” qazanıb.
-
Püşk atılacaq
Fevralın 25-də saat 15:00-da ölkə kubokunun 1/8, ¼ və ½ final mərhələlərinin püşkü atılacaq. Püşkatma mərasimi Bakı İdman Sarayının mətbuat konfransı otağında keçiriləcək.
Xatırladaq ki, 1/8 final mərhələsinin oyunları martın 5-də və 6-da baş tutacaq.
-
YL: Liman - EKOL (fotoreportaj)