Xəbər verdiyimiz kimi, iyulun 4-də UEFA Çempionlar Liqasının 2019-20-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılacaq. Bəs avrokuboklarda ən çox qol vuran futzalçımız kimdir?
Yarışla bağlı maraqlı məlumatlar dərc olunub. Ümumilikdə “Action 21 Charleroi” klubunun üzvü bombardirlər siyahısına başçılıq edir. O, 54 dəfə rəqib torunu silkələyib. Onun komanda yoldaşı olmuş Lucio 4 top az vurub və ikinci yerdə qərarlaşıb. “İlk 3-lüy”ü Rikardinyo qapayır. Futzalçı “Benfika və “İnter”in forması ilə 49 qola imza atıb. Vitali Borisov Rikardinyodan 4 top az vurub. Yerli futzalçılar arazında ən məhsuldarı olan Borisov AMMK, “Olimpik”, “Araz” və “Ekonomac”da çıxış edən zaman 45 qol vurub. Kirilo (Dinamo) və Şumaxer (İnter) həryə 41, Aleks (Action 21 Charleroi // Sportinq), Arnaldo (Benfika/Nikars/Baku Yunayted), Leo (Action 21 Charleroi) – 40 qol.