...

Namizədlərin sayı 3-ə enib


2022-ci ildə keçiriləcək Avropa çempionatının final oyununu keçirmək istəyən namizəd ölkələrin sayı 3-ə enib. Belə ki, UEFA Fransa, Niderland və Portuqaliyadan bu mötəbər turniri təşkil etməklə bağlı ətraflı təklif kitabı alıb. Bosniya və Herseqovina, Qazaxıstan, Litva və İsveçin namizədliyi dəstəklənməyib. Fransanın Lill və Orchies, Niderlandın Amsterdam və Groningen, Portuqaliyanın isə Lissabon və Porto şəhərləri qitə birinciliyinə evsahibliyi etmək iddiasındadır. Yekun qərar UEFA-nın İcraiyyə Komitəsinin sentyabrın 24-də Sloveniyanın Lyublyana şəhərində keçiriləcək iclasında qəbul ediləcək. İlk dəfə 16 komandanın iştirak edəcəyi final mərhələsi 2022-ci il yanvarın 19-dan fevralın 6-dək keçiriləcək.