Belarus yığması ilə yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva azfutzal.az və affa.az-a açıqlama verib:
“Oyuna yaxşı başladıq. Ancaq 5-ci dəqiqədən sonra səhvlərə yol verdik. Hələ mövsüm başlamayıb, oyunçular ideal formada deyillər. Xüsusilə də fiziki planda çox axşadıq. Səhvlərimiz də daha çox bundan qaynaqlanırdı. Görüşdən əvvəl bununla bağlı xəbərdarlıq etmişdim. Oyun intizamı, eləcə də konsentrasiya məni qane etmədi. Uduzmaq olar, amma bu cür oynamaq yox. Heyətlə bağlı problemlərimiz var. Amma məğlubiyyəti bununla bağlamaq istəmirəm. Zədə və digər səbəbdən komandaya qoşula bilməyənlərin əvəzinə başqa oyunçuları sınadıq. Sadəcə, oyunçuların yanaşması məni qane etmədi”.